Icma.az
close
up
RU
Seçimində iştirak edəcək bakalavrların NƏZƏRİNƏ

Seçimində iştirak edəcək bakalavrların NƏZƏRİNƏ

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 3-cü nömrəsinin elektron versiyasını təqdim edib. 

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə edə bilərsiniz.

“Cebheinfo.az” xəbər verir ki, jurnalın bu nömrəsində "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" əksini tapıb.

Bu cədvəldən necə istifadə etməli?

Cədvəlin 1-ci sütununda bakalavr ixtisaslarının siyahısı verilib. Bakalavr bu siyahıdan bitirdiyi ixtisası tapır. Qarşıdakı 2-ci sütunda hər bir bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmalarının adları qeyd olunub, 3-cü sütunda müvafiq qəbul proqramının nömrəsi, 4-cü sütunda isə ixtisaslaşma seçiminə buraxılmaq üşün tələb olunan minimal bal göstərilib. 

Bakalavr 3-cü sütünda göstərilən müvafiq proqramlara aid ixtisaslaşmaları seçə bilər. Yaxın günlərdə “Magistr” xüsusi buraxılışının 4-cü sayında ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə qəbul planı ilə tanış ola biləcəksiniz. 

Seçim “Magistr” 4 jurnalındakı siyahı əsasında aparılacaq. Bundan əlavə, hər bir bakalavr seçə biləcəyi ixtisaslaşmaların tam siyahısı ilə “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə tanış ola biləcək.

Qeyd edək ki, bu il magistratura səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün 17688 (o cümlədən 7022 yer dövlət sifarişli) plan yeri ayrılıb. Ötən illə müqayisədə bu il plan yerləri artıb və ümumilikdə 4.99% daha çoxdur. 

Bəzi proqramlar üzrə plan yerləri nisbətən artıb, bəziləri üzrə isə azalıb. Rus bölməsi üzrə plan yerləri azalsa da, rus və Azərbaycan bölməsi üzrə birgə müsabiqəyə təqdim olunan yerlərin sayı artıb. 

Belə ki, 2025-ci ildə birgə müsabiqə üzrə 4414 yer, 2026-cı ildə isə 15511 yer nəzərdə tutulub. Bu yerlərin əksəriyyəti üzrə tədris Azərbaycan dilində olacaq.

Qəbul proqramları üzrə plan yerləri (2025 və 2026-cı il) ilə buradan tanış ola bilərsiniz. Ali təhsil müəssisələri üzrə qəbul planı və ötən illə müqayisəsini isə buradan əldə edə bilərsiniz.

Bakalavrların nəzərinə çatdırırıq ki, DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadənin magistraturaya qəbul ilə bağlı daha geniş təhlil və tövsiyələrini  müvafiq keçidlərə daxil olmaqla sədrin “Facebook” səhifəsi və “Whatsapp” kanalı vasitəsilə də əldə edə bilərsiniz.

Qeydlər:

Bakalavr bir neçə proqrama aid ixtisaslaşmaları seçə bilər, lakin seçilmiş bütün ixtisaslaşmaların ümumi sayı 20-dən artıq olmamalıdır.

56 №-li MBA (Biznesin idarə edilməsi) proqramına aid ixtisaslaşmaları imtahanda 45 bal toplamış və fənlər üzrə müsabiqə şərtlərini ödəyən bütün bakalavrlar seçə bilərlər.

Jurnalistika üzrə 44 saylı proqrama aid olan ixtisaslaşmaları cari ildə qəbul imtahanında 50 və daha çox bal toplamış və qabiliyyət imtahanından müvəffəqiyyətlə keçmiş bütün bakalavrlar seçə bilərlər.

42 №-li proqrama daxil olan Sosial iş ixtisasının “Gənclərlə iş” və “Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş” ixtisaslaşmalarını qəbul imtahanında 50 və daha çox bal toplamış bütün bakalavrlar seçə bilərlər.

42 №-li proqrama daxil olan Fəlsəfə  ixtisasının “Təbiətşünaslıq fəlsəfəsi” ixtisaslaşmasını Təbiət ixtisasları qrupunu bitirən qəbul imtahanında 50 və daha çox bal toplamış bütün bakalavrlar seçə bilərlər.

42 №-li proqrama daxil olan Fəlsəfə  ixtisasının “Fəlsəfə tarixi” və “Sosial fəlsəfə” ixtisaslaşmalarını Humanitar və sosial ixtisaslar qrupunu bitirən qəbul imtahanında 50 və daha çox bal toplamış bütün bakalavrlar seçə bilərlər.

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi növbəti həftə ərzində başlanacaq.

 Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri