Icma.az
close
up
RU
Seçki planı işə düşdü: Gərginlik pik həddə ŞƏRH

Seçki planı işə düşdü: Gərginlik pik həddə ŞƏRH

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya və Ermənistan münasibətlərindəki gərginlik artıq açıq təhdid müstəvisinə keçib. Kreml tərəfindən İrəvana göndərilən mesajlar iqtisadi təzyiqlərin və enerji resurslarının qiymət artımının anonsu kimi qiymətləndirilir. Proseslərin mərkəzində isə Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri dayanır.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Demokrat.az-a bildirib ki, hazırda Rusiya və Ermənistan arasında münasibətlərdə kifayət qədər ciddi problemlər mövcuddur:
"Rusiya siyasi dairələri Ermənistana təhdidkar mesajlar göndərir. Xüsusilə enerji resurslarının qiymətinin artırıla biləcəyi barədə xəbərdarlıq edilir. Digər tərəfdən, Rusiyanın Ermənistana qarşı iqtisadi-ticarət təzyiqləri göstərə biləcəyi də vurğulanır. Yəni, hazırda Rusiyadan ciddi şəkildə asılı olan Ermənistana Kreml bütün istiqamətlər üzrə təzyiq prosesinə başlayıb.
Əsas məqsəd qarşıdan gələn növbəti parlament seçkiləri ilə bağlıdır. Kreml Paşinyan hakimiyyətinin dəyişdirilməsində maraqlıdır. Bu məqsədlə Rusiyanın agentura şəbəkəsinə daxil olan siyasi qüvvələrin fəallaşdırılması və seçkilərdə qalib gəlməsi üçün addımlar atılır".
O bildirib ki, Paşinyan hakimiyyəti özünə qarşı olan təhlükələri tam dəqiqliklə dərk edir:
"Baş nazir Nikol Paşinyan Prezident Vladimir Putinlə görüşdə eyham vurdu ki, Kremlin Ermənistanda hakimiyyət dəyişikliyinə yönəlik cəhdlərinə müqavimət göstərəcək. Prezident Putinin Rusiya yönümlü və Rusiya pasportu olan siyasətçilərin seçkidə iştirakına şərait yaradılması ilə bağlı tələbinə Baş nazir təmkinlə cavab verdi. Bildirdi ki, Ermənistanda demokratik sistem mövcuddur və növbəti parlament seçkilərində yalnız Ermənistan pasportu olan şəxslər iştirak edəcək. Ermənistanın gələcək taleyini məhz Ermənistan vətəndaşları müəyyən edəcək. Bu da göstərir ki, rəsmi İrəvan növbəti parlament seçkilərində həm Paşinyan hakimiyyətinin, həm də bütövlükdə Ermənistanın gələcək taleyinin həll olunduğunu tam dəqiqliklə anlayır".
Politoloq deyib ki, ona görə də Rusiyanın hakimiyyət dəyişikliyinə yönəlik bütün planlarını pozmaq üçün əlindən gələni edir. 
"Hətta Paşinyan hakimiyyəti Avropa Birliyindən Ermənistana xüsusi müdaxilə və nəzarət qrupları dəvət edib. Moldovada olduğu kimi, Ermənistanda da Avropa Birliyinin Rusiyanın kobud müdaxiləsinin qarşısını almaq istiqamətində Paşinyan hakimiyyətinə dəstək verməsi gözlənilir".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Aprel 2026 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see394

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see351

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see316

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see310

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see286

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see265

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see255

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see224

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see203

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see202

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see201

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see186

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see186

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see164

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see158

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri