Icma.az
close
up
RU
Seçkilərdə Paşinyana gözlənilməz “sürpriz” KONKRET

Seçkilərdə Paşinyana gözlənilməz “sürpriz” KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanda parlament seçkilərinin ilkin nəticələrinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası digərləri ilə nisbətdə daha çox səs toplayıb. Belə ki, bülletenlərin 100 %-i sayıldıqdan sonra partiyanın 49,81 % səs əldə etdiyi açıqlanıb.

Seçkilərin nəticələrindən sonra Ermənistanda hansı proseslər baş verəcək? Rusiya buna sakit qalacaq, yoxsa Paşinyana sürprizlər edəcək? Onun belə imkanları varmı?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, bu seçkilər son 30 ilin ən gərgin seçkilərindən biri oldu:

“Əslində, bu seçkilərdə ölkənin gələcək siyasi istiqaməti müəyyənləşməli idi. Yəni Ermənistan ya keçmişə qayıdaraq Rusiyanın himayəsində revanşist qüvvələrin hakimiyyətini bərpa etməli, ya da Rusiyadan nisbi müstəqillik əldə etməyə yönəlmiş, sülh prosesini dəstəkləyən qüvvələrə etimad göstərməli idi. Seçkilərin nəticələri göstərir ki, erməni cəmiyyəti Paşinyana dəstək verib. Lakin o, əvvəlki seçkilərdə təxminən 54 faiz səslə qalib gəlmişdisə, bu dəfə təxminən 50 faiz səs qazanıb. Digər tərəfdən, əvvəlki seçkilərdə təxminən 27 faiz səslə parlamentə düşən Rusiyaya yaxın revanşist qüvvələrin dəstəyi artıb. Əgər həm Samvel Karapetyanın, həm də Robert Köçəryanın blokları parlamentdə təmsil olunacaqsa, onların ümumi səsi 33 faizə, Qaqik Çarukyanın da parlamentə düşməsi halında isə 37 faizə çata bilər. Bu isə Paşinyan üçün kifayət qədər ciddi siqnaldır”.

Politoloq bildirib ki, seçkilərdən sonra Azərbaycan üçün əsas məsələ qonşuları və region üçün problem yaratmayan normal Ermənistan dövlətinin mövcudluğudur:

“Erməni cəmiyyəti uzun illər ərzində “dənizdən dənizə Ermənistan”, “tarixi torpaqlar”, “miatsum” və Qarabağ hərəkatı kimi ideyaların təsiri altında formalaşıb. Regionda normal münasibətlərin qurulması üçün bu düşüncə tərzinin dəyişməsi vacibdir. Ümumiyyətlə hesab edirəm ki, Rusiya bu nəticələri əvvəlcədən müəyyən dərəcədə proqnozlaşdırmışdı. Buna baxmayaraq, Moskva bütün imkanlarından istifadə edərək prosesə təsir göstərməyə çalışırdı. Rusiyanın Ermənistandakı seçkilərlə bağlı iki əsas hədəfi var idi. Birinci və maksimal hədəf Paşinyanı hakimiyyətdən uzaqlaşdıraraq özünə yaxın qüvvələri hakimiyyətə gətirmək idi. Bunun mümkün olmayacağı halda isə əsas məqsəd Rusiyaya yaxın siyasi qüvvələrin parlamentdə daha çox yer qazanmasını təmin etmək idi. Demək olar ki, Moskva ikinci məqsədinə nail olub. Qeyd etdiyim kimi, əvvəlki seçkilərlə müqayisədə bu dəfə parlamentdə Rusiyaya yaxın qüvvələrin payı daha yüksəkdir. Əgər səslərin sayılması hazırkı nəticələrə uyğun yekunlaşarsa, əvvəlki seçkilərdə parlamentdə 70 faizdən çox yer qazanan Paşinyanın komandası bu dəfə təxminən 60-61 faiz mandat əldə edə bilər. Bu isə əvvəlki nəticələrlə müqayisədə müəyyən azalma deməkdir”.

Onun sözlərinə görə, Rusiya Ermənistana qarşı müəyyən təzyiqləri davam etdirə bilər:

“Lakin Paşinyan kifayət qədər çevik və rasional siyasətçidir. O, bir tərəfdən Qərblə münasibətləri dərinləşdirməyə, digər yandan isə Rusiya ilə əlaqələri qoruyub saxlamağa çalışacaq. Çünki Ermənistanın Rusiya ilə çoxsaylı siyasi, iqtisadi və təhlükəsizlik əlaqələri mövcuddur. Bu baxımdan yaxın perspektivdə hansısa ciddi sürprizlərin baş verəcəyini düşünmürəm. Əgər müxalifət seçkilərin nəticələrinə etiraz edərək küçə aksiyalarına başlasa, bu, Rusiyanın prosesə əlavə təsir göstərmək cəhdi kimi qiymətləndirilə bilər. Ancaq hələlik müxalifətin belə bir hazırlıq əlamətləri görünmür. Əksinə, Paşinyana artıq təbriklər gəlir”.

Oqtay Qasımov qeyd edib ki, seçkilərin nəticələri rəsmən qəbul olunduqdan sonra Rusiyanın Ermənistana təzyiq imkanları müəyyən qədər azalacaq:

“Moskvanın İrəvana təsir rıçaqları əsasən iqtisadi sahədə cəmlənib. Bu riskləri azaltmaq üçün isə Qərb və Avropa İttifaqı (Aİ) Ermənistana müxtəlif dəstək mexanizmləri təklif edib. Avropa İttifaqı Ermənistan məhsullarının Rusiya bazarında üzləşə biləcəyi itkilərin kompensasiyası üçün 50 milyon avro ayırmağa hazır olduğunu bildirib. Amma Ermənistan məhsullarının Avropa bazarlarına daha sadələşdirilmiş və güzəştli şərtlərlə çıxışının təmin olunması da tərəflər arasında müzakirə olunan məsələlərdəndir. Belə addımların atılması Rusiyanın Ermənistana iqtisadi təzyiq imkanlarını müəyyən qədər zəiflədəcək”.

Qeyd edək ki, “Vətəndaş müqaviləsi” partiyasına 727,160 seçici səs verib. İş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,29 %, sabiq prezident Robert Köçəryanın “Ermənistan” bloku 9,94 %, iş adamı Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası isə 4 % səs toplayıb. Qalan partiya və bloklar keçid bariyerini aşa bilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 İyun 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri