Seçkilərlə bağlı bildirişlərin hazırlanma qaydası müəyyənləşib
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bələdiyyə seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanma qaydası müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bu gün keçirilən iclasda məlumat verib.
“MSK əsas seçki sənədlərinin hazırlanması ilə bağlı gərgin fəaliyyətini davam etdirir. Bu seçkidə 6 milyon 52 min 721 bildiriş hazırlanacaq”, - R.Qasımov bildirib.
“2025-ci il yanvarın 26-na təyin edilmiş bələdiyyə seçkilərində 5 milyon 876 min 428 nəfər seçici var. Seçki komissiyalarının öhdəliklərindən biri seçiclərə seçkinin vaxtı və yeri barədə məlumatların verilməsidir. Sözügedən bildirişlərin sayı seçicilərin sayına uyğun hazırlanır. Hazırda həmin bildirişlərin sayı 5 milyon 876 min 428-dir”, - sədr müavini əlavə edib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 18 Dekabr 2024 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















