Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Sədəf, psoriaz, pullu dəmrov Ömürlük xəstəliyin səbəbləri

Sədəf, psoriaz, pullu dəmrov Ömürlük xəstəliyin səbəbləri

Medicina saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Psoriaz - çəhrayı- qırmızı şişikinlik üzərində ağ, qalın, quru kəpəyəbənzər yığıntı ilə müşaidə olunan dəri xəstəliyidir. Xalq arasında "sədəf” xəstəliyi adını alıb.

Medicina.az xəbər verir ki, dünya əhalisinin təqdibən 2%-də rast gəlinir. Hər yaşda olan insanlarda müşahidə edilən bu xəstəlik gözlənilmədən ortaya çıxdığı kimi gözlənilmədən də yox ola bilər. Psoriaz xəstəliyi xəstələrdə bir neçə ay, bir neçə il, bəzən isə ömür boyu fasilələrlə davam edə bilər. Keçici xəstəlik deyil.

Psoriasis vulgaris xəstəliyin ən çox rast gəlinən formasıdır. Ləkələr əsasən diz, dirsək, saç dibi dərisi kimi bölgələrdə müşahidə edilir.

Psoriazın səbəbləri nələrdir?

Sağlam bir insanda dəri hüceyrələri 28-30 gün ərzində yetişir. Sədəf xəstələrində isə bu müddət 3-4 günə qədər enir. Sürətlə çoxalan hüceyrələr dəri üzərində yığılaraq kəpəklənmənin əmələ gəlməsinə səbəd olur.

Psoriaz üçün göstərilən ən əsas risk faktoru genetik amillərdir. Nəsil şəcərəsində sədəf xəstəliyi olan insanların bu xəstəliyə daha çox yoluxma ehtimalının olduğu bildirilir. Sədəfə meyilli olan şəxslərdə xəstəliyi üzə çıxaran bəzi hallar aşağıdakı şəkildə sıralanır:


•Boğaz ya da dəri infeksiyaları

•Stress

•Siqaret çəkmək

•Hədsiz alkoqol istifadəsi

•D vitamini çatışmazlığı

Psoriazın əsas əlamətləri nələrdir?

Xəstəliyin əsas əlaməti dəri üzərində olan, üzəri kəpəklə örtülü şişkinliklərdir. Bu şişkinliklər müxtəlif ölçüdə və şəkillərdə ola bilər. Saç dibi dərisində kəpəkli sahələr gözlə görünməyə bilər. Psoriazın formalarına görə əlamətləri də dəyişir:

Laylı psoriaz: xəstəliyin ən yayılmış formasıdır. Laylar bədənin istənilən yerində əmələ gələ bilər. Qaşıntılı ya da ağrılı olan bu hissələr müxtəlif miqdarda və ölçüdə olur.

İnvers psoriaz: bu tip sədəflər qoltuqda, qasıqda, süd vəzinin altı kimi yerlərdə kiçik ölçülərdə olur. Bu bölgələr nəmli olduğu üçün sədəfli sahələrdə kəpəklənmə müşahidə edilməyə bilər. Göbələk infeksiyası psoriazın bu tipinin üzə çıxmasını sürətləndirir.

Dırnaq psoriazı: Xəstəliyin bu növü yalnız dırnaqlarda müşahidə edilir. Bu zaman dırnaqlarda qalınlaşma, rəng dəyişikliyi, çuxurlar meydana çıxır.


Eritrodermik psoriaz: psoriazın ən az rastlanan bu formasında qaşınan və yanğı hissi verən qızartılar bütün bədəni bürüyür.


Psoriatik artrit: Xəstələrin bəzilərində oynaq tutulmaları müşahidə edilir. Əsasən də yuxarı və aşağı ətraf tutulması ilə müşahidə olunan psoriazın bu növü zamanı nadir də olsa böyük oynaqlar zədələnə bilər. Egər psoriatik artrit zamanı dəri üzərində şişkinliklər yaranarsa, bu zaman xəstəliyin diaqnozunu qoymaq asan olur. Yalnız oynaq tutulmaları ilə müşahidə edilən zaman isə xəstəliyin təyin edilməsi çətinləşir.

Diaqnoz necə qoyulur?

Çox halda bu xəstəliyin diaqnozunu qoymaq asan olur.

Dəri biopsiyası: Həkim psoriaz diaqnozunu qoyarkən nadir də olsa kiçik bir dəri nümunəsi (biopsi) almağa ehtiyac duya bilər. Alınan nümunə psoriazın tipini müəyyən etmək və digər xəstəlik şübhələrini ortadan qaldırmaq üçün mikroskop altında yoxlanılır.

Müalicə varmı?

1.Yerli müalicə: Bu müalicə üsulu krem, məlhəm və losyon formasında olan dərmanların birbaşa dəriyə tətbiqi ilə həyata keçirilir. Psoriazın yüngül formalarında bu müalicə forması ən uyğun hesab olunur. Steroidlər, qətranlı maddələr və D vitaminli kremlər dərini nəmləndirəcək, onun qurumasının və kəpəklənməsinin qarşısını alacaq.

2. Fototerapiya: ultrabənövşəyi şüaların və bəzi xüsusi tabletlərin qəbul edilməsilə tətbiq olunan xüsusi müalicə metodudur. Psoriazlı hissələr çox yayıldıqda yerli müalicə metodu işə yaramırsa və ya xəstəlik bir müddətdən sonra yenidən qayıdırsa, o zaman fototerapiyadan istifadə edilir. Bu müalicə metodunun ən sadə və rahat yolu müəyyən miqdarda günəş işığı almaqdır.

3. Sistemik müalicə: oral yoldan alınan dərmanlarla tətbiq olunan bir müalicə yöntəmidir. Müalicənin əlavə təsirlərinin çox olması səbəbindən xəstəliyin daha bəsit yollarla müalicəsi mümkün olduqda bu müalicəyə çox da üstünlük verlmir. Müalicəyə başlamazdan əvvəl həkim tərəfindən xəstəyə müalicənin riskləri haqda müəyyən məlumatlar verilir. Qadın xəstələr sistemik müalicə aldıqda hamilə qalmamalı, həmçinin kişilər də övlad sahibi olmamalıdırlar.

NƏLƏRƏ DİQQƏT YETİRMƏLİ:?

•Psoriaz xəstələri əvvəl stress, qüssə, qayğı kimi mənfi hallardan uzaq durmalıdırlar. Özlərini daha yüksək əhval-ruhiyyəyə kökləyən xəstələrdə müalicənin nəticəsi də müsbət olur.

•Dərini qaşımaq, ovmaq, qabıqları qopartmaq xəstəliyin daha da yayılmasına səbəb ola bilər. Buna görə də mexaniki təmasdan uzaq durmaq məsləhətdir.

•Günəşin və dənizin psoriaz xəstəliyi zamanı azaldıcı təsiri olur. Lakin günəşlənmə müddətinin ciddi şəkildə nəzarətdə saxlanması vacibdir. Dərinin günəşdən yanması psoriazı daha da artıra bilər.

•Qış aylarında dərinin nəmliyi azalır və daha da qurumasına səbəb olur. Quru dəri psoriaz xəstələrinda daha çox qaşıntıya səbəb olduğu üçün nəmləndirici krem və losyonların istifadəsi tələb olunur.

•Hər gün çimmək dərinin şişkinliklərinin yatışmasına və kəpəyin təmizlənməsinə kömək olacaq.

Bu xəstəlikdə uzunmüddətli remissiya almaq mümkündür.


Aygün Musayeva.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 20 Noyabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see431

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see399

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see382

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see341

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see277

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see220

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see218

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see212

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see211

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see201

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see201

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see198

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see191

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see188

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see186

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see183

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see179

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see170

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see167

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri