Icma.az
close
up
RU
“Sədərək” də yanan mağazanın1,5 milyona yaxın borcu varmış?

“Sədərək” də yanan mağazanın1,5 milyona yaxın borcu varmış?

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi bu gün “Sədərək” Ticarət Mərkəzində  güclü yanğının baş verdiyi anbar  “Super Toys”  mağazalar şəbəkəsinə məxsus olub.

Şirkətin  həmin anbarı icarəyə götürdüyü deyilir. Yanğın zamanı anbarda olan malların böyük hissəsi yanıb. 

“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki,  “Super Toys”  oyuncaq mağazası hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.

Maraqlıdır ki, şirkətin rəsmi səhifəsində onların Azərbaycan oyuncaq bazarında 2017-ci ildən etibarən rəsmi olaraq tək fəaliyyət göstərdiyi (monopolist demək olar) bildirilir. Oyuncaq mağazalar şəbəkəsinin hazırda 19 filialı müştərilərinə keyfiyyətli və modern məhsullar təqdim edir.

Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrasikl, skuter, moped, velosiped, motosiklet, park atraksionları kimi elektron və əyləncə məhsulları da müştərilərə təklif edilir. Dünyanın müxtəlif ölkələrindən- Polşa, Çin, Türkiyə, İran, Ukrayna, Rusiya və s. ölkələrdən müxtəlif brendlərin məhsulları idxal olunur.

Mağazalar şəbəkəsində nağd ödəniş üsulu ilə bərabər, kreditlə və taksit kartları ilə ödəmə imkanları da mövcuddur. Ölkənin istənilən bölgəsinə çatdırılma xidməti də var.  Şirkətin mollardan başqa Binə və Abşeron ticarət mərkəzlərinin də mağazaları var.   

 “Super Toys”  bir çox nüfuzlu şirkətlərlə əməkdaşlıq edir. Onların  arasında dövlət qurumları, holdinglər, banklarla yanaşı, baxçalar, məktəblər və müxtəlif müəssisələr yer alır.

Daha bir ilginc fakt  odur ki, ötən ilin bu vədələri, konkret desək, sentyabr ayında mediada   “Super Toys”  mağazalar şəbəkəsinin külli miqdarda vergi borcu yaranıdığı haqda informasiyalar dərc olunmuşdu. Şirkətin İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə 1 milyon 458 min 915 manat 28 qəpik vergi borcu  olduğu üzə çıxmışdı. 

Qeyd edək ki, “Supertoys” MMC-nin qanuni təmsilçisi  Xəqani Cəfərov,   şirkətin icraçı direktoru Səidə Fətullazadə olduğu bildirilirdi. 

“Sədərək” Ticarət Mərkəzindən isəyanğınla bağlı rəsmi məlumat hələ də yoxdur.

Xatırladaq ki, bu ticarət mərkəzində tez-tez yanğınlar olub.  2023-cü ilin  yanvarında  ticarət mərkəzində böyük yanğın olmuşdu. “Sədərək” ticarət mərkəzində 27 mağazanın qəsdən yandırılmasında şübhəli bilinən şəxs saxlanılmışdı.  

İlkin araşdırma zamanı məlum olmuşdu ki, 27 kirayəçi və mülkiyyətçi əmlakın yandırılması Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən törədilib.  Bu yanğında texniki nasazlıq və ya insan faktorunun olub-olması yalnız araşdırmalardan sonra üzə çıxa bilir. 

Sonda qeyd edək ki,  ticarət mərkəzində yanğınla əlaqədar təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfər müraciət edib.  TƏBİB-dən verilən məlumata görə, onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Avqust 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyalı turistlər Çin otellərində kabus gördüklərini deyirlər...

24 Avqust 2025 18:14see177

Gənc valideynlər niyə övladlarına milli ad verməkdən çəkinirlər?

23 Avqust 2025 02:18see175

“Putin Ukraynaya hücum barədə düşünməsin deyə...”

23 Avqust 2025 04:32see138

AFFA nın baş katibi “Qarabağ”ın qonağı olub Şəkillər

23 Avqust 2025 06:01see138

Avtomobil almaq istəyənlərə şad xəbər: say artdı, xərc azaldı 4 min manat...

23 Avqust 2025 07:01see135

Əhalinin qayıdışı ilə Kəlbəcərdə yeni inkişaf dövrü başlayıb RƏY

23 Avqust 2025 15:33see127

Sülh müqaviləsinin mətnini Azərbaycan müəyyən edib ŞƏRH

23 Avqust 2025 07:31see126

Badamdarda kişi quyuya düşdü

24 Avqust 2025 05:46see124

Slavyan Universitetində plan yerləri nə qədər dolub? Rektor AÇIQLADI

23 Avqust 2025 16:11see124

İsrailə yüzlərlə raketlə hücum başladı: Fövqəladə vəziyyət elan edildi

23 Avqust 2025 00:19see123

Rusiya ordusu Dnepropetrovsku atəşə tutub, ölən və yaralananlar var

23 Avqust 2025 22:13see122

Üz ifadəsindən insanın yalan danışdığını müəyyən etmək mümkündür? (TƏDQİQAT)

24 Avqust 2025 09:19see122

“Çelsi”ni o da tərk etdi

23 Avqust 2025 21:09see120

Zelenskidən Rusiyaya qəti cavab: Verməyəcəyik

23 Avqust 2025 22:11see120

Manqo şəkər xəstələri üçün zərərli deyilmiş Yeni araşdırma ümid verir

23 Avqust 2025 05:06see118

Neftimiz bahalaşmaqda davam edir

23 Avqust 2025 09:51see117

TƏBİB: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar müraciət edən 4 nəfərdən 2 nin durumu orta ağırdır

24 Avqust 2025 16:03see114

Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhlulun ölüm təhlükəsi var

24 Avqust 2025 22:00see114

Mançester Yunayted qələbəni əldən verdi

24 Avqust 2025 22:14see113

AFFA nın vitse prezidenti UEFA dan təyinat aldı

23 Avqust 2025 12:10see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri