Sədərək rayonunda açıq hava idman qurğuları istifadəyə verilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan, 24 dekabr, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq Sədərək rayonunun Sədərək kəndində yerləşən ərazidə sadə tipli açıq hava idman qurğuları sakinlərin istifadəsinə verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dekabrın 24-də muxtar respublika gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov və Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə yeni istifadəyə verilmiş idman qurğularına baxış keçirərək, yaradılan şəraitlə yaxından tanış olublar.
Baxış zamanı idmanla məşğul olan yeniyetmə və gənclərlə söhbət edən rəsmi şəxslər avadanlıqlardan təhlükəsiz və düzgün istifadənin vacibliyini vurğulayıblar. Bildirilib ki, bu cür məkanlar gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların fiziki aktivliyinin artırılmasına və sağlam həyat tərzinin təşviqinə xidmət edir. Qeyd olunub ki, dövlətimizin həyata keçirdiyi bu cür layihələr əhalinin sağlamlığının qorunmasına, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılmasına yönəlmiş addımların tərkib hissəsidir. Göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq ifadə edilib.
Quraşdırma aparılan hər bir ərazidə 12 dəst müxtəlif funksiyalı trenajor aləti, eləcə də skamyalar və tullantı qabları mövcuddur. Müxtəlif yaş qrupları üçün nəzərdə tutulan bu avadanlıqlar fiziki hazırlığın yüksəldilməsi, əzələlərin möhkəmləndirilməsi və müxtəlif məşq proqramlarının icrası üçün geniş imkanlar yaradır.
Xatırladaq ki, Dövlət Proqramına əsasən 11 ərazidə açıq hava idman qurğularının quraşdırılması nəzərdə tutulub. Hazırda muxtar respublika üzrə 4 şəhər, 1 rayon mərkəzi və 3 qəsəbədə, ümumilikdə 10 ərazidə bu qurğular əhalinin istifadəsinə verilib. İşlər mərhələli şəkildə davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 24 Dekabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















