“Sədərək”də ƏMƏLİYYAT: partlayıcı satanlar saxlanıldı VİDEO
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Sədərək” ticarət mərkəzində 20 minə yaxın müxtəlif təyinatlı pirotexniki vasitə polislər tərəfindən aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən paytaxt ərazisində partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilir.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının “Sədərək” ticarət mərkəzində keçirdikləri tədbirlə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə topdansatışı təşkil edən 67 yaşlı E.Hüseynov və 42 yaşlı N.Əsədov saxlanılıb.
Onların ticarət mərkəzində yerləşən obyektlərinə baxış keçirilərkən 20 minə yaxın müxtəlif təyinatlı pirotexniki vasitə aşkarlanıb.
Hər iki fakt üzrə onlar barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 16 Dekabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















