Icma.az
close
up
RU
Sədr müavini açıqladı: “Bu il 100 tələbə qıza təqaüd veriləcək”

Sədr müavini açıqladı: “Bu il 100 tələbə qıza təqaüd veriləcək”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

"2021–2024-cü illər ərzində ümumilikdə 145 qızın təhsilinə dəstək göstərilib. Bu il isə əlavə olaraq 100 tələbə qızın himayə olunması nəzərdə tutulur”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. 

O bildirib ki, sosial cəhətdən zəif ailələrdən olan, ali məktəblərə daxil olan qızlarını toplayaraq onların təhsilinə dəstək vermək üçün sahibkar qadınları cəlb edirik: 

“Məşhur xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin 100 illiyi ilə bağlı biz ilk addımı atdıq və sahibkar qadınları bu təşəbbüsə qoşulmağa dəvət etdik. Hər bir sahibkar qadın bir tələbə qızı öz himayəsinə götürdü. Bu məktəb Əlyazmalar İnstitutunda fəaliyyətə başlamışdı. Artıq 4-5 ildir ki, biz bu tədbirləri həyata keçirir, qızlara dəstək göstəririk. Hər il bu tələbələrin təhsilinə sahibkar qadınlar dəstək olur". 

Sədaqət Qəhrəmanova qeyd edib ki, sonrakı mərhələdə isə Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq başlayıb: 

"Təhsilin İnkişafı Fondu ilə möhkəm əlaqələr quraraq memorandum imzaladıq. Hazırda hər il sosial cəhətdən zəif ailələrdən olan, yüksək bal toplayan qızları müəyyən edirik və fond vasitəsilə onlara təqaüd ayrılır. Ümumilikdə çalışırıq ki, qızların təhsil imkanlarını gücləndirmək üçün müxtəlif istiqamətlərdə dəstək tədbirləri həyata keçirək. Bu prosesdə, təbii ki, mətbuatın da böyük rolu var. Media bu sahədə çox mühüm maarifləndirici işlər görür”. 

Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini vurğulayıb ki, bu il 100 tələbə qızın himayə olunması nəzərdə tutulur: 

“2021-ci ildə 5 biznes şirkəti və 9 sahibkar qadının dəstəyi ilə 14 tələbə qıza himayədarlıq göstərilib. 2022-ci ildə Elm və Təhsil Nazirliyi ilə niyyət protokolu imzalanaraq, Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində 25 qıza dəstək verilib. 

2023-cü ildə həmin əməkdaşlıq çərçivəsində 55 qız, 2024-cü ildə isə 50 qız təqaüdlə təmin olunub. Beləliklə, 2021–2024-cü illər ərzində ümumilikdə 145 qızın təhsilinə dəstək göstərilib". 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

 

Açar sözlər: tələbə təqaüd Sədaqət Qəhrəmanova

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri