Şəfa fırtınası davam edir Lideri yenən tapılacaqmı?
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
1-ci Liqanın 19-cu turu çərçivəsində bu gün Binə qəsəbə stadionunda "Şahdağ Qusar"ı 1:0 hesabı ilə məğlub edən lider "Şəfa" mübarizə apardığı çempionatlarda məğlubiyyət acısı dadmır.
Fanat.Az-ın hesablamalarına görə, Bakı təmsilçisi 34 yaşlı baş məşqçisi Elgiz Kərəmlinin rəhbərliyi altında çıxdığı 32 görüşdə yenilgi tanımayıb.
Bu matçlardan 13-ü 2-ci, 19-i isə 1-ci Liqaya təsadüf edib.
Sözügedən kollektiv həm də bu mövsüm bütün Azərbaycan liqalarında məğlub olmayan yeganə komandadır.
Xatırladaq ki, hazırda 45 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində şəriksiz lider mövqeyindədir. İkinci pillədə 37 xalla "Baku Sportinq" qərarlaşıb.
Toğrul
Bu mövzuda digər xəbərlər:Şəfa nı yenə bilən tapılacaqmı? Uğurlu seriya davam edir
12 Fevral 2026 22:02
Yunanov “Şəfa” dastanı davam edir...
18 Dekabr 2024 19:38
Şəfa kapitanla yol davam edir
13 İyun 2026 15:01
Şəfa nı yenən tapılmır Məğlubiyyətsiz oyunlar seriyası uzandı
27 Noyabr 2025 16:30
Yaponiyada qar fırtınası davam edir
09 Fevral 2026 12:37
Baxış sayı:125
Bu xəbər 18 Mart 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















