Şəfa nın kapitanı: Son vuruşlarda diqqətli olsaydı, uduzmaya bilərdik
Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Şəfa"nın kapitanı Murad Musayev Sportal.az saytına açıqlama verib:
Təcrübəli müdafiəçi komandasının Misli Premyer Liqasının 3-cü turunun "İmişli"yə (0:1) məğlubiyyətini şərh edib.
Onun fikrincə, "Şəfa" növbəti matçlarda uğur qazana biləcək:
"İmişli"yə qarşı yaxşı futbol oynadığımızı düşünürəm. Epizodlarla götürsək, rəqibdən üstün idi. Matçın və ikinci hissənin başlanğıcında oyuna nəzarəti itirdik. Ümumilikdə isə ayyarımın, 2 ayın komandası kimi pis deyildi. Görüləcək işlərimiz çoxdur. Gələcəyə ümid veririk. Daha yaxşı ola bilərik və daha yaxşı olacağıq. "İmişli"yə qarşı da epizodlarımız oldu, son vuruşlarda, son ötürmələrdə daha diqqətli olsaydıq, bəlkə də uduzmaya bilərdik. Ancaq uduzduq. Biz qarşımıza baxırıq. Bir az aqressiyanı artırıb, oyun planında bir az da yaxşılaşıb, nəticə qazana bilərik. Komandanın potensialı var. Neçə illərdir ki, Premyer Liqada oynayıram və bəzi komandaları analiz edəndə, görürəm ki, bugünkü heyətin potensialı çox böyükdür".
Musayev komandasının növbəti turda "Neftçi"yə qarşı görüşdən gözləntisini də bölüşüb: "Qarşıda "Neftçi" ilə oyunumuz var. Çox yaxşı komandaya qarşı oynayacağıq. Hamımıza məlumdur ki, "Neftçi" necə klubdur, necə komandadır. Oyuna hələ var, vaxtımız olacaq. "İmişli"yə məğlubiyyəti unudub, yaxşı istirahət edib, yaxşı hazırlaşacağıq".
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 31 Avqust 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















