Icma.az
close
up
RU
“Şəfa” zirvədə qaldı, “Şimal” “zirzəmi”yə endi...

“Şəfa” zirvədə qaldı, “Şimal” “zirzəmi”yə endi...

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Oktyabrın 22-23-də keçirilən oyunlarla futbol üzrə ölkə çempionatının 1-ci liqasında 6-cı tur da geridə qaldı.

Məlum olduğu kimi, turun ən maraqlı matçlarından biri Şamaxıda keçirildi. Burda “Difai”ni qəbul edən “Şimal” böyükhesablı məğlubiyyətlə üzləşdi və Ağsu təmsilçisi sonuncu pillədən xilas oldu. Autsayderlərin duelindən əli ətəyindən uzun ayrılan xaçmazlılar isə “zirzəmi”nin yeni sakininə çevrildi.
Növbəti qarşılaşmada MOİK-lə “Baku Sportinq” üz-üzə gəldi. Komandalar qol səsi eşidilməyən matçda hərəyə bir xal qazandı. O başqa məsələ ki, “hərbçilər” rəqibinin azlıqda qalmasından faydalana bilmədiyindən “sülh”ə görə məyus oldu. “Cəbrayıl” – “Şahdağ Qusar” görüşü qarabağlıların hər iki hissədə göstərdiyi üstün oyunla yadda qaldı. Meydan sahibləri inamlı çıxışla haqq etdiyi xalları hesabına yazrmaqla təhlükəli zonadan bir qədər də uzaqlaşdı. “Zaqatala” – “Mingəçevir” oyunu Rüstəm Məmmədovun komandasının ənənəsinə sadiq qaldığını – iddialı rəqiblərə başağrısı olmağa davam etdiyini, edəcəyini sübuta yetirdi. Çempionluq uğrunda mübarizə aparan “nur şəhəri”nin təmsilçisi qələbə qolunu 73-cü dəqiqədə - aramsız hücumlardan sonra vura bildi. Hər halda, “Mingəçevir” hədəfə çatmaq istəyirsə, daha yaxşısına ehtiyac var...
Tura çoxdan maraqla gözlənilən paytaxt derbisiylə - “Şəfa” – “Səbail” oyunuyla yekun vuruldu. Çempion olmaq istəyən komandaların duelində qalib müəyyənləşmədi. Hər halda, heç-heçə “Şəfa”ya daha çox sərf etdi. Axı bu komanda zirvədəki yerini qorudu. Maraq üçün qeyd edək ki, bu turda ən az tamaşaçı “Şimal”la “Cəbrayıl”ın (20), ən çox azarkeş isə “Şəfa”nın (500) ev oyununda toplaşdı.
1. Şəfa 6 5 1 0 17-4 16
2. Səbail 6 4 2 0 9-3 14
3. Mingəçevir 6 4 1 1 11-6 13
4. Baku Sportinq 6 2 3 1 11-8 9
5. Şahdağ Qusar 6 2 1 3 7-10 7
6. Zaqatala 6 2 1 3 5-9 7
7. Cəbrayıl 6 2 0 4 9-12 6
8. MOİK 6 1 2 3 7-9 5
9. Difai 6 1 1 4 8-13 4
10. Şimal 6 0 2 4 4-14 2
Bombardir: Seyxan Fərəcov (MOİK) – 5.
Növbəti turun oyunları noyabrın 5-6-da keçiriləcək: Baku Sportinq – Cəbrayıl, Mingəçevir – Şəfa, Səbail – MOİK, Difai – Zaqatala, Şahdağ Qusar – Şimal.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri