Icma.az
close
up
RU
“Şəfəq Asiman” ölkəmizə milyardlar qazandıracaq

“Şəfəq Asiman” ölkəmizə milyardlar qazandıracaq

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Yatağın təbii qaz potensialı 500 milyard kubmetr, kondensatı isə 65 milyon tondur

Türkiyənin TPAO şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokuna dair hasilatın pay bölgüsü sazişinə çox böyük ümidlər bəsləyir. Bunu şirkətin idarə heyətinin sədri və baş icraçı direktoru Ahmet Türkoğlu bildirib.

Rəhbərlik etdiyi qurumun Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə çox yaxşı əməkdaşlıq etdiyini diqqətə çatdıran Ahmet Türkoğlu Xəzər dənizindəki “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun və “Şahdəniz” yatağında uğurlu işlərin görüldüyünü vurğulayıb. O, bu ilin iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində BP, SOCAR və TPAO arasında rəhbəri olduğu şirkətin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokuna dair hasilatın pay bölgüsü sazişini xatırladaraq bunun əməkdaşlığın möhkəmləndirilməsi baxımından faydalı olacağını bildirib.

A.Türkoğlu, həmçinin SOCAR və TPAO arasında Azərbaycan və Türkiyədə, eləcə də digər ölkələrdə birgə layihələrdə işlər görmək üçün görüşlər keçirdiklərini bildirib. TPAO-nun Ceyhanda inşa etmək istədiyi neft emalı zavodu məsələsinə toxunan şirkət rəhbəri bildirib ki, bu liman bir çox qaz və neft boru kəmərlərinin bir araya gəldiyi strateji bir nöqtədir: “Bizim orada neft emalı zavodu inşa etmək üçün torpaq sahəmiz var. Ancaq neft emalı zavodunun inşası uzunmüddətli bir məsələdir. Təbii ki, bu çox böyük zaman və yatırım aparır. İnanırıq ki, bu məsələ də zaman yetişdikdə gerçəkləşəcək”.

Xatırladaq ki, bu ilin iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində BP, SOCAR və TPAO arasında Türkiyə şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokuna dair hasilatın pay bölgüsü sazişinə qoşulmasına imkan verən bir neçə saziş imzalanıb. Həmin razılaşma layihənin daha da inkişaf etdirilməsi ilə bağlı ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun bundan sonrakı qiymətləndirilməsini sürətləndirməyə kömək edəcək. Bu məqsədlə “Aşağı Suraxanı” layına bir quyunun qazılması da daxil olmaqla əlavə qiymətləndirmə işləri həyata keçiriləcək. Bu fəaliyyətlərə imkan yaratmaq üçün hasilatın pay bölgüsü sazişinin kəşfiyyat dövrü uzadılacaq. Razılaşma üzrə işlərin 2025-ci ilin üçüncü rübünün sonunadək başa çatacağı gözlənilir.

Razılaşma yekunlaşdıqdan sonra TPAO “Şəfəq-Asiman” dəniz blokuna dair hasilatın pay bölgüsü sazişində, ümumilikdə, 30 faiz iştirak payına sahib olacaq. Bunun da 15 faizi BP-dən, 15 faizi isə SOCAR-dan alınacaq. Hazırda isə BP və SOCAR-ın hər biri hasilatın pay bölgüsü sazişində 50 faiz iştirak payına malikdir. “Şəfəq-Asiman” dəniz blokuna dair sazişin kəşfiyyat dövrü üçün operatoru isə BP olacaq.

Qeyd edək ki, “Şəfəq-Asiman” bloku Bakıdan, təxminən, 125 kilometr cənub-şərqdə, 1100 kvadratkilometr ərazidə yerləşir. Burada dənizin dərinliyi 650–800 metr, karbohidrogen laylarının dərinliyi isə 7 min metrə çatır. Bu göstəricilər isə layihəni Xəzərdəki ən mürəkkəb və dərin qazma əməliyyatlarından biri kimi fərqləndirir. Azərbaycanın enerji xəritəsində strateji önəm daşıyan “Şəfəq-Asiman” Xəzərin dərin sularında yerləşən ən perspektivli qaz-kondensat yataqlarından biridir. Dərin dəniz texnologiyalarının tətbiqi, beynəlxalq əməkdaşlıq və zəngin ehtiyatlar bu yatağı ölkənin enerji gələcəyinin əsas sütunlarından birinə çevirib.

Yeri gəlmişkən, qaz-kondensat ehtiyatlarının zənginliyi ilə seçilən “Şəfəq-Asiman” dəniz blokunun işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi 2010-cu ildə SOCAR və BP arasında imzalanıb. Hər iki tərəf layihədə 50 faizlik iştirak payına malikdir. Saziş çərçivəsində ilk kəşfiyyat quyusunun qazılmasına 2020-ci ilin yanvarında başlanılıb və 7 min 189 metr dərinlikdə “Fasilə” layına çatmaqla uğurla tamamlanıb. Bu əməliyyat Azərbaycanın dərin dəniz qazma təcrübəsində yeni mərhələ açıb.

“Şəfəq-Asiman” dəniz blokunun işlənməyə cəlb edilməsi milli iqtisadiyyatımıza böyük töhfələr verəcək. Belə ki, BP və SOCAR mütəxəssislərinin qiymətləndirməsinə əsasən, yataqda 500 milyard kubmetr təbii qaz və 65 milyon ton kondensat ehtiyatları mövcuddur. Bu göstəricilər isə layihəni regionun ən iri qaz kəşflərindən birinə çevirir.

Hazırda yataqda növbəti tədqiqat və qiymətləndirmə işləri aparılır. Bununla yanaşı, layihə çərçivəsində yüzlərlə yerli mütəxəssis beynəlxalq standartlara uyğun təlimlərə cəlb olunub. Bu, yerli kadr potensialının artmasına, xidmət və logistika sektorlarında isə yeni iş yerlərinin açılmasına səbəb olub.

Gələcəkdə hasilatın başlanması ilə Azərbaycan daha dayanıqlı enerji balansına sahib olacaq. Belə ki, yatağın tam işlənməsi nəticəsində ölkəmiz təkcə daxili enerji təminatını möhkəmləndirməyəcək, həm də Avropaya qaz ixracının sabitliyini təmin edən əsas oyunçulardan biri kimi mövqeyini gücləndirəcək. Uzunmüddətli perspektivdə isə “Şəfəq-Asiman” ölkənin ÜDM-də enerji sektorunun payını artıracaq, dövlət büdcəsinə milyardlarla dollar gəlir gətirəcək.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Oktyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri