Icma.az
close
up
RU
Şəfəq Günəş Elektrik Stansiyası layihəsi üzrə işlərə başlanılıb

Şəfəq Günəş Elektrik Stansiyası layihəsi üzrə işlərə başlanılıb

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Cəbrayılda "Şəfəq" Günəş Elektrik Stansiyası layihəsi üzrə bəzi işlərə başlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.

O, əvvəlcə "Şəfəq" Günəş Elektrik Stansiyasının Azərbaycanın azad olunmuş ərazilərindən birində - Cəbrayılda inşa olunacağını xatırladıb və layihənin son dərəcə yenilikçi, innovativ bir yanaşma ilə həyata keçiriləcəyini vurğulayıb:

"Bu layihəni biz bp-nin operatorluq etdiyi Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi ilə bağlamışıq. Bu iki layihə bir-biri ilə bağlıdır. Çünki Cəbrayıldakı "Şəfəq" Günəş Elektrik Stansiyası inşa olunub bitəndən sonra orada istehsal olunan elektrik enerjisi virtual olaraq Səngəçal terminalına ötürüləcək. Yəni Səngəçal terminalı o elektrik enerjisini virtual olaraq qəbul edəcək. Azərbaycan dövlət elektrik şəbəkəsindən Səngəçal terminalının özünə lazım olan miqdarda enerji balanslaşdırılacaq. Nəticədə bütün terminal elektrikləşdiriləcək.

Bu o deməkdir ki, hazırda yanacaq olaraq terminalın əməliyyatları üçün qaz generatorları vardır ki, orada qaz yandırılır. Həmin generatorlar da terminalı elektrik enerjisi ilə təmin edir".

T. Bayatılının sözlərinə görə, Cəbrayıldakı "Şəfəq" Günəş Elektrik Stansiyası layihəsi işə düşdükdən sonra artıq o qaz generatorlarına ehtiyac qalmayacaq: "Həmçinin terminal özünə lazım olan qədər elektrik enerjisini "Şəfəq"də hasil olunan enerji hesabına təmin etmiş olacaq. Hazırda bu layihə tam irəliləmək üzrədir. Layihə üzrə artıq bəzi işlərə başlanılıb. Amma biz layihədə iştirak edən investorların, sərmayəçilərin tam icra, tikinti işlərinə başlanması ilə bağlı yekun investisiya qərarını gözləyirik. Bu qərarın ardınca layihə üçün investisiya ayrılır və ondan sonra işlərə start verilir. Bu, bu yaxınlarda baş tutacaq".

bp sözçüsü artıq investorların müəyyənləşdiyini, şirkətin layihədə görülən işlərin nədən ibarət olduğunu, neçə ilə inşa ediləcəyini, ilk elektrik enerjisinin nə zaman əldə olunacağını - bütün bunların hər birini yekun investisiya qərarı zamanı açıqlayacaqlarını bildirib:

"Hazırda layihə üzrə bütün işlərə məsul olan şirkət bp-dir. Lakin artıq bu layihəyə tərəfdaş kimi qoşulma ilə bağlı bp Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Biznesin İnkişafı Fondu ilə Anlaşma Memorandumu da imzalayıb. Yəni qeyd etdiyim iki qurum da sözügedən layihədə investorlar olacaqlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Aprel 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri