Icma.az
close
up
RU
Səfərdə qələbə, evdə məsuliyyət

Səfərdə qələbə, evdə məsuliyyət

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ” addım-addım Çempionlar Liqasına doğru irəliləyir

“Səfərdə qələbə qazanmaq çox vacib idi. Oyun ərzində səhvlərimiz çox olsa da, yekunda lazım olan nəticəni qazana bildik. Bakıda “Şkendiya”ya qarşı daha diqqətli oynamalıyıq. Çünki qarşımızda məğlub olmağı sevməyən bir komanda var”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Skopyedə “Şkendiya”ya 1:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib. Azərbaycan çempionu UEFA Çempionlar Liqası əsas mərhələsinə doğru inamla irəliləyir...

Bu mövsüm avrokuboklarda ardıcıl üçüncü qələbəsini qazanan “Qarabağ”a Şimali Makedoniya təmsilçiləri problem yaradacaq gücdə deyillər. Bizim çempion vaxtilə bunu “Metalurq Skopye” (1:1, 5:2, 1:0, 2:0) və “Sileks” (4:0) kimi komandalarla oyunlarda sübut edib.

“Şkendiya”ya gəlincə, oyun ərzində qapı çərçivəsinə zərbələrin sayında meydan sahiblərinin 7-6 hesabı ilə üstünyü qeydə alınsa da, qonaqların qapısı qarşısında real təhlükələr, demək olar ki, yaradılmadı.

Rəqibin futbolçuları texnikalı olsalar da, Avropa təcrübələrinin azlığı aşkar sezilirdi. Xüsusilə geydiyi 11 nömrəli formaya uyğun olmayaraq, cinah müdafiəçisi mövqeyində oynayan və adı ilə diqqət çəkən yamaykalı Ronaldo Vebsterin birinci hissədə meydanın mərkəzində “Qarabağ”ın bir neçə futbolçusunu driblinqlə keçməsi alqışalayiq idi.

"Şkendiya"nın ən təcrübəli futbolçusu Besart İbraimi avrokuboklarda ümumilikdə 29 qol vurub ki, belə məhsuldarlığı “Qarabağ”da indiyədək heç kim göstərə bilməyib. Amma yaşı tezliklə 39 olacaq hücumçudan əvvəlki performansı gözləmək sadəlöhvlük olardı.

90 dəqiqə boyunca oyuna nəzarət edən “Qarabağ” da kifayət qədər qol vəziyyətləri yaratmasa da, rahatlıqla istədiyi nəticəyə imza ata bildi.

Yeni transferlərdən start heyətində yer alan Pedro Bikalyo hələ ki, ümidləri doğrultduğundan Qurbanov bu mövsüm hər üç oyunda ona güvənib. İkinci hissədə Kris Kuakuya da şans verildi. Yeni oyunçulardan Sami Mmaee və Dani Bolt isə ehtiyatda qaldılar.

Yeri gəlmişkən, “Qarabağ” heyətini daha bir futbolçu ilə gücləndirib, amma o, “Şkendiya” ilə oyunlar üçün iştirak ərizəsində yer almayıb. Söhbət ispaniyalı yarımmüdafiəçi Xoni Montieldən gedir. 26 yaşlı futbolçu on il "Rayo Valyekano"nun üzvü olsa da, karyerasının böyük hissəsini İspaniyanın aşağı divizion klublarında icarədə keçirib. O, əvvəllər həmçinin ölkəsinin U17, U18 və U19 milli komandalarında çıxış edib.

Oyuna qayıdaq. Düzdür, makedoniyalılar tez-tez narahat etməsələr də, qapıçı Mateuş Koxalskinin inamlı oyunu diqqəti çəkdi. Digər futbolçular da Azərbaycana qələbə ilə dönmək üçün var qüvvələri ilə çalışdılar. Marko Yankoviçin də zədəsini sağaldaraq qayıdışı “Qarabağ” üçün müsbət məqamlardandır.

Mənfi cəhət kimi ötən mövsümün bombardiri Leandro Andradenin “dişsizliy”ini vurğulamaq olar. Hücumda Nəriman Axundzadənin ümidinə qalan komanda isə Çempionlar Liqasında “nəsə edə” bilməz.

Kadi də əvvəlki formasından uzaqdır və tez-tez səhvlərə yol verirdi. Bunu etiraf edərək, “Ola bilər bəzi epizodlarda zəif təsir bağışladı” deyən baş məşqçi, həmişə olduğu kimi, futbolçusunu müdafiə də edir: “Amma bu gün bunu müzakirə etməli deyilik, çünki rəqibin gücünü də nəzərə almaq lazımdır. Ona qarşı rəqib müdafiəçilər daha çox diqqət ayırırdılar. Hər oyunçu 90 dəqiqə eyni səviyyədə oynaya bilməz”.

Bu da doqquz ilə yaxın Şimali Makedoniya Futbol Federasiyasının baş katibi olmuş, hazırda isə qurumun Marketinq, kommunikasiya, logistika və texniki təminat sektorunun rəhbəri Filip Popovskinin oyunla bağlı fikirləri: “Avropa arenasında böyük təcrübəsi "Qarabağ"ı bu gərgin mübarizədə üstün tərəf kimi göstərirdi. Oyun, gözləntilərə uyğun olaraq, azqollu keçdi. Məğlubiyyətə baxmayaraq, Makedoniya çempionu matç boyunca taktiki intizam və möhkəm müdafiə ilə diqqət çəkdiyini demək mümkündür. "Qarabağ"ın hücum gücü və təcrübəsi, xüsusilə həlledici anlarda özünü göstərdi. Lakin “Şkendiya”nın sıx müdafiə düzülüşü və ara-sıra həyata keçirdiyi əks-hücumlar da alqışa layiq idi. Taktiki baxımdan meydan sahibləri yetkinlik və dözümlülük nümayiş etdirsələr də, ön xəttdə soyuqqanlılıq çatışmırdı. Bu qarşılaşma Avropa təcrübəsi baxımından olan fərqi üzə çıxarsa da, 0:1 hesabı cavab oyunu öncəsi “Şkendiya”ya ümid verir”.

“Qarabağ”ın Çempionlar Liqası liqa mərhələsinə düşmək şansı indi çox yüksək görünür. “Şkendiya” səddi keçilsə, sonrakı rəqib könə tanışlardan biri olacaq ki, Azərbaycan çempionu vaxtilə onlara “futbol dərsi” keçib. Son üç ildə həm “Ferentsvaroş”, həm də “Ludoqorets”i mübarizədən kənarlaşdıra bilib - özü də evdə onlarla bacarmasa da, səfərdə inamlı qələbələr qazanıb (müvafiq olaraq, 3:1, 7:2). “Qarabağ” onlardan pley-offa çıxacaq komandanı yenə uğurla keçəcəyi təqdirdə 2017-ci ildən sonra Çempionlar Liqasının əsas mərhələsinə qatılacaq, amma bu heyətlə orada heç də asan olmayacaq.

Rasim MÖVSÜMOV
idman icmalçısı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Avqust 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see250

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see241

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see228

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see225

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see223

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see201

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see188

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see169

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see168

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see167

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see164

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see163

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see161

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see160

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see159

Keçmiş məktəb direktoru vəfat etdi

22 Avqust 2026 18:57see159

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see157

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see144

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see144

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri