Icma.az
close
up
RU
Şəffaflıq çatışmazlığı Kəpəz i necə təhlükəyə atır? AFFA müdaxilə etməsə...

Şəffaflıq çatışmazlığı Kəpəz i necə təhlükəyə atır? AFFA müdaxilə etməsə...

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Kəpəz"in son turda “Karvan-Yevlax” üzərində qazandığı 2:1 hesablı qələbə azarkeşlərini sevindirsə də, bu nəticə klub daxilindəki ciddi problemləri və arxa planda gizlənən acı reallıqları dəyişmir. Mövsümün bu vaxtında belə ciddi problemlərin hələ də qalması göstərir ki, məsuliyyət təkcə klub rəhbərliyinin deyil, həm də sponsorun üzərinə düşür. Onlar azarkeşlər, futbolçular, həm də klubun gələcəyi qarşısında cavabdehdirlər. Qələbə yalnız bir oyunluq sevincdir, çünki komandanın gələcəyi ilə bağlı vəziyyət nəinki qeyri-müəyyəndir, hətta böhran həddinə çatıb. Klubun hazırkı durumu təkcə cari nəticələrə deyil, həm də uzunmüddətli sabitliyə təsir göstərə biləcək qədər həssasdır və proseslərin necə inkişaf edəcəyi hələlik açıq qalır.

Mövsüm başlamamışdan əvvəl “Kəpəz”də maliyyə və idarəçiliklə bağlı narahatlıqlar artıq açıq şəkildə üzə çıxmışdı. Klubun büdcəsinin talan olunması, fərdi maraqlara xidmət edən anlaşmalar və mediada yayılan “transfer cinayəti” iddiaları azarkeşlər arasında ciddi narahatlıq yaratmışdı. Bu problemlər yalnız oyun planı və nəticələrlə bağlı yox, həm də klubun idarə olunma prinsiplərinə dair suallar doğurur.

Daha mürəkkəb məsələ isə sponsorlarla bağlı vəziyyətdir. “Kəpəz”ə maliyyə dəstəyi verməli olan sponsorlar əksinə, klubun xeyrinə deyil, öz maraqlarına xidmət edən addımlar atırlar. Xüsusilə, Fərman Əlizadənin klub rəhbərliyində təmsil olunması və eyni zamanda “Agrosport” şirkətinin rəhbərlik etməsi diqqət çəkir. Maraqlıdır ki, “Agrosport” AFFA-nın sabiq baş katibi və vitse-prezidenti Elxan Məmmədovla yaxınlığı ilə tanınır. Sözügedən şirkət 2015-ci ildən etibarən AFFA-nın balansında olan stadionlar və himayəsində olan klublarla karlı xidmət müqavilələri bağlayıb.

Hazırda “Agrosport” “Kəpəz”in iki təbii məşq meydanına xidmət göstərir və bildiyimiz qədər, klub bu xidmətlər üçün aylıq samballı ödəniş edir. Burada açıq sual yaranır: Fərman Əlizadə klub rəhbərliyində təmsil olunmaqla “Kəpəz” üçün hansı real faydanı təmin edir, yoxsa əksinə, klub onun şirkətinə maliyyə qazandırır? Qeyd olunan aylıq xidmət haqqı heç də kiçik məbləğ deyil və klubun mövcud maliyyə vəziyyətini nəzərə alsaq, bu, ciddi narahatlıq doğurur.
“Kəpəz”ə də digər klublarımız kimi dövlət tərəfindən illik 2,5 milyon manat maliyyə yardımı ayrılır. Bu məbləğ təyinatı üzrə xərclənərsə, Azərbaycanda futbolun inkişafı üçün kifayət qədər normal vəsaitdir. Üstəgəl, klubun himayədarı Adil Vəliyev və sponsorluq müqaviləsi bağladığı "UniBank" da mövcuddur. Belə bir şəraitdə Gəncə təmsilçisinin maliyyə durumunun bu qədər çətin olması suallar doğurur: "UniBank" “Kəpəz”ə hansı dəstəyi verir? Bəlkə, əksinə, klubun maliyyəsi bankın dövriyyəsinə daxil olur və banka gəlir gətirir? Maraqlıdır ki, Fərman Əlizadənin adı "sarı-göylər"in "UniBank"la sponsorluq müqaviləsində vasitəçi kimi də hallanır.

Bütün bu məsələlər yalnız büdcə problemlərini deyil, idarəetmədəki maraq toqquşmalarını, şəffaflıq çatışmazlığını və uzunmüddətli planlaşdırma boşluqlarını da üzə çıxarır. Klub daxilində belə maraqların və maliyyə anlaşmalarının davam etməsi azarkeşlər və futbol ictimaiyyəti üçün “Kəpəz”in gələcəyi ilə bağlı ciddi narahatlıq yaradır.

Əgər bu şəffaflıq və maliyyə problemləri həll olunmasa, klubun yaxın perspektivi yalnız oyun nəticələrindən asılı olmayacaq, həm də idarəçilik və maliyyə vəziyyətindən ciddi şəkildə təsirlənəcək. Bu mənzərə "Kəpəz"in turnir cədvəli ilə yanaşı, struktur və maliyyə sabitliyində üzləşdiyi problemlərin də nə qədər dərin olduğunu göstərir.

Gəncə klubunda problemlər çoxşaxəlidir. Hər birini qabardanda, digərləri corab söküyü kimi ard-arda ortaya çıxır. Yuxarıda sadalanan problemlər  AFFA-nın müdaxiləsinin vacibliyini gündəmə gətirir. Milli assosiasiya vəziyyətə ciddi şəkildə nəzarət etməsə, “Kəpəz”də sular durulmayacaq. Yəni maliyyə, idarəçilik və şəffaflıq problemləri daha da dərinləşəcək.

Bəziləri sual edə bilər: AFFA-nın klubun işinə müdaxiləsi nə dərəcədə doğrudur? Lakin real vəziyyət göstərir ki, dövlət tərəfindən ayrılan 2,5 milyon manatlıq maliyyə yardımının təyinatı üzrə xərclənməsinə nəzarət birbaşa AFFA-nın üzərinə düşür. Bu vəsait yalnız Azərbaycan futbolunun inkişafına, yerli uşaqların və istedadlı gənclərin yetişdirilməsinə sərf olunmalı, legionerlərə, şirkətlərarası maxinasiyalara və şəxsi maraqlara yönəlməməlidir. Yoxlanmalı, araşdırılmalı və şəffaflıq təmin edilməlidir ki, həm “Kəpəz”, həm də digər klublar üçün ayrılan vəsait həqiqətən Azərbaycan futbolunun inkişafına xidmət etsin.

Əli Sahib

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://fanat.az
archiveBu xəbər 24 Noyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri