Icma.az
close
up
RU
Səfir: Aİ Azərbaycana minatəmizləmə prosesində dəstəyi davam etdirməyə hazırdır

Səfir: Aİ Azərbaycana minatəmizləmə prosesində dəstəyi davam etdirməyə hazırdır

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

İki gün əvvəl Qarabağda oldum. Orada müharibənin dağıdıcı nəticələrini gördüm. Amma eyni zamanda fürsətləri də gördüm.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Münaqişədən Sonrakı Şəhər Yenidənqurması: Humanitar Mina Təmizləmə Fəaliyyətinin Həlledici Rolu” adlı tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç deyib.

Səfir Qarabağda nələrin tikildiyini, hansı işlərin görüldüyünü, həyatın necə geri döndüyünü müşahidə etdiyini vurğulayıb:

“Həyatın geri qayıtması asan proses deyil. Minatəmizləmə çox uzun prosesdir. Amma bu iş görülməlidir və Avropa İttifaqı bu sahədə kömək etməyə hazırdır. Azərbaycanın öz minatəmizləmə səyləri ilə yanaşı, Aİ də öz dəstəyini göstərir. Burada söhbət yalnız Aİ-dən getmir. İki il əvvəl Avropa Komandası yanaşması qəbul edildi. Bu, Aİ fondları, üzv dövlətlərin fondları, Avropa maliyyə institutlarının resursları vasitəsilə Azərbaycana dəstək göstərilməsi deməkdir. Aİ məcburi köçkünlərin təhlükəsiz, ləyaqətli və könüllü geri dönüşü üçün şərait yaradır. Eyni zamanda, insanların təbii resurslara təhlükəsiz çıxışını təmin etməyə çalışır".

Diplomat bildirib ki, Aİ-nin minatəmizləmə fəaliyyəti sahəsində işi institusional potensialın gücləndirilməsi, partlayıcı sursatların zərərsizləşdirilməsi üzrə təlimlər, mina təhlükəsi ilə bağlı maarifləndirmə, mina qurbanlarına yardım, texniki olmayan tədqiqatları əhatə edir: “Aİ həmçinin gender yanaşmasını da bu sahəyə daxil etməyə çalışır. Bu çərçivədə Azərbaycanda ilk qadın minatəmizləmə komandasının yaradılmasına dəstək verilib. Aİ burada başqa layihələr də həyata keçirib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 May 2026 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri