Səfir: Azərbaycan və Türkmənistan Orta Dəhliz dəhlizin inkişafında əhəmiyyətli rola malikdir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 12 may, AZƏRTAC
Yeni gəminin istifadəyə verilməsi, ilk səfərini Azərbaycana etməsi iki qardaş dövlətin nəqliyyat və logistika sahəsindəki yaxın əməkdaşlığından xəbər verir. Biz bu əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkmənistanin Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov “Gadamly” gəmisinin qarşılanması ilə əlaqədar Bakı Beynəlxalq Dəniz Ticarət limanında keçirilən mərasimdə deyib.
Onun sözlərinə görə, gəmi Türkmənistanın “Balkan” gəmiqayırma zavodunda Koreya mütəxəssisləri ilə birlikdə hazırlanıb.
“Gəmi təkcə Azərbaycan ilə Türkmənistan arasında deyil, tranzit yüklərin də daşınmasında iştirak edəcək. Azərbaycan və Türkmənistan Orta Dəhliz üzərində yerləşən mühüm dövlətlərdir və dəhlizin inkişafında əhəmiyyətli rola malikdir. Yaxın aylarda Türkmənistan istehsalı olan daha bir yük gəmisi də istifadəyə veriləcək və o da tranzit yükdaşımada iştirak edəcək”, - deyə səfir əlavə edib.
Diplomat onu da vurğulayıb ki, dövlətlər arasında yalnız nəqliyyat deyil, bütün sahələrdə inkişaf müşahidə olunur: “Bu inkişafda hər iki dövlətin prezidentinin böyük əməyi və praqmatik siyasəti dayanır. Bu siyasətin davamı ölkələrimiz və xalqlarımızın maraqlarını əks etdirir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 12 May 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















