Səfir Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında aparılan danışıqları şərh edib
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko ilə təhlükəsizlik və diplomatik məsələləri müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliklərin nümayəndələri arasında dünən baş tutmuş görüşü şərh edən Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Ukrayna və Azərbaycan strateji əlaqələri möhkəmləndirir! Təhlükəsizlik, enerji və diplomatiya ilə bağlı yüksək səviyyəli görüşlər və siyasi məsləhətləşmələr keçirilib. Biz göstərdiyi humanitar yardıma və davamlı dəstəyə görə Azərbaycana minnətdarıq", - səfir yazıb.
Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi Ceyhun Bayramovla Oleksandr Mişenko arasında danışıqların aparılması barədə məlumat yayıb. Tərəflər görüş zamanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dair iki ölkə tərəfindən davamlı şəkildə nümayiş etdirilən mövqenin, habelə ölkələr arasında beynəlxalq hüququn fundamental prinsiplərinə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin vacibliyini vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 21 Fevral 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















