Səfir: Belarus Azərbaycanla iqtisadiyyatın əksər sahələrində əməkdaşlıq edir
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Belarus Azərbaycanla iqtisadiyyatın əksər sahələrində əməkdaşlıq edir.
Bunu APA-ya Belarus Respublikasının Azərbaycandakı səfiri Dmitri Pineviç deyib.
“Demək olar iqtisadiyyatın elə bir sektoru yoxdur ki, biz orada əməkdaşlıq etməyək — sənaye, təhsil, biofarmasevtika və digər sahələrdə fərqli səviyyələrdə əməkdaşlıq aparırıq. Bu da bizi nikbin edir”, - səfir vurğulayıb.
Pineviç bu gün Bakıda keçirilən Azərbaycan-Belarus Biznes Forumunun əməkdaşlığın miqyasını genişləndirəcəyini qeyd edib: “Bir neçə iri infrastruktur layihəsi ola bilər, onlar ya başa çatar, ya da biznes baxımından səmərəsiz olar. Amma biz bu cür çoxsaylı görüşlər keçirməklə birgə fəaliyyət göstərən təsərrüfat subyektlərinin sayını artırırıq. Bu isə qarşılıqlı ticarət və xidmət axınında, həm də uzunmüddətli sabitlik baxımından çox vacibdir”.


