Səfir Müctəba Dəmirçilu: Münaqişə nəticəsində itkin düşmüş insanların taleyinin aydınlaşdırılması çox önəmli məsələdir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Zəngilan, 11 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Üç aydan artıqdır ki, Bakıya gəlmişəm və missiyama artıq başlamışam. Bu beynəlxalq konfrans itkin düşmüş şəxslərlə bağlı məsələlərə həsr olunub. Biz də bu mühüm tədbirdə iştirak edirik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Zəngilana səfər edən beynəlxalq konfrans iştirakçısı, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu söyləyib. Səfir bildirib ki, bu çox önəmli bir məsələdir. Münaqişə nəticəsində itkin düşmüş insanların taleyinin aydınlaşdırılması onların ailələrinin uzun illərdən dəri davam edən gözləntilərinə bir ümid işığı gətirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
“Hər bir ailə öz əzizlərinin taleyi haqqında xəbər almağı arzulayır və bu istiqamətdə göstərilən səylər çox dəyərlidir. Bu fürsətdən istifadə edərək bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Nəhayət, 30 ildən sonra torpaqlar azad olunub, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilib. Mən daha əvvəllər də Bakıda çalışmışam. Xatırlayıram ki, 27 il öncə Göygöldə olarkən Qarabağa baxırdım və çox istəyirdim ki, bir gün o yerləri ziyarət edə bilim. Çox şadam ki, bu gün həmin arzum gerçəkləşib. Bir daha Azərbaycan xalqını təbrik edir, ölkəyə davamlı sülh, rifah və daha böyük uğurlar arzulayıram”, - deyə səfir bildirib.
Qeyd edək ki, itkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Zəngilanda olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 11 Oktyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















