Səfir: Müsəlmanların çoxluq təşkil etdiyi şəhərdəyəm, amma burada mənə isti münasibət var
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Mənim İsraildən Azərbaycana qonaqlarım gələndə birinci ən vacib danışdığım mövzu strateji tərəfdaşlığımızdır. Mən müsəlmanların çoxluq təşkil etdiyi şəhərdəyəm, amma burada mənə elə isti münasibət var ki, buna görə təşəkkür edirəm".
Oxu.Az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik vəzifəsini yekunlaşdırması ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, dünyada İsrail hüdudlarından kənar yeganə yəhudi kəndi də məhz Azərbaycanda, Qubada yerləşir:
"Kimsə insan hüquqlarına görə Azərbaycanı tənqidi edəndə mən dərhal deyirəm ki, gəlin, gedək Qırmızı qəsəbəyə, Azərbaycanın insan hüquqlarına mövqeyini görün".
"Azərbaycan gərgin regionda asan olmayan qonşularla əhatə olunmasına baxmayaraq, sülhsevər ölkə qurmağa nail olub. Hətta Yaxın Şərqdə sülh təşəbbüsləri ilə çıxış edir, Avropaya enerji satır. Mən ölkənizin rəhbərinə təşəkkür edirəm ki, buna nail olub", - deyə səfir əlavə edib.
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 25 İyul 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















