Icma.az
close
up
RU
Səfir: Pakistan Cammu və Kəşmir xalqına dəstəyini davam etdirəcək

Səfir: Pakistan Cammu və Kəşmir xalqına dəstəyini davam etdirəcək

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Bu gün - 1947-ci il 27 oktyabr tarixində Hindistan qüvvələrinin beynəlxalq hüququ və Kəşmir xalqının arzularını pozaraq Srinagara daxil olduğu hadisələrin kədərli xatirəsidir. Bu tarix Cənubi Asiya tarixinin ən qaranlıq fəsillərindən birinin başlanğıcını qoydu".

Oxu.Az xəbər verir ki, sözləri Pakistanın Azərbaycandakı səfiri Qasım Mohuiddin Cammu və Kəşmirin işğal gününə həsr olunan tədbirdə deyib.

Diplomat bildirib ki, davam edən işğala baxmayaraq, Kəşmir xalqının müqavimət ruhu sarsılmır:

"Kəşmir xalqı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri ilə təmin edilən öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizəsini qətiyyətlə davam etdirir".

"Hindistanın 2019-cu il 5 avqust tarixli birtərəfli və qeyri-qanuni addımlarından sonra Hindistan tərəfindən işğal olunmuş Cammu və Kəşmirdə vəziyyət daha da pisləşib. Ərazi hərbi mühasirəyə alınıb, hərəkət və rabitə azadlığı məhdudlaşdırılıb, insanların əsassız həbsləri artıb.

Pakistan Cammu və Kəşmir xalqına mənəvi, siyasi və diplomatik dəstəyini davam etdirəcək. Bizim mövqeyimiz prinsipial və daimi xarakter daşıyır. Bu dəstək ədalətə, insan ləyaqətinə və xalqların öz talelərini müəyyən etmək hüququna olan inamımızdan qaynaqlanır", - deyə səfir vurğulayıb.

Artıq həll edilmiş Qarabağ münaqişəsinin tarixinə toxunan diplomat Azərbaycanın Pakistanla eyni faciəni yaşadığını bildirib:

"Azərbaycanın ölkəmizə dəstəyini yüksək qiymətləndirir və bunun Pakistan xalqı üçün vacibliyini vurğulayırıq".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri