Səfir Qüdsi Osmanov Rumıniyanın Patriarxı Daniil ilə görüşüb FOTO
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
15 noyabrda Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Rumıniyanın Patriarxı Daniil ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, görüşün əvvəlində Rumıniya Patriarxı səfiri qəbul etməkdən məmnunluğunu ifadə edib. Patriarx Daniil Rumıniya ilə Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinə toxunub, əlaqələrin bir çox sahələrdə inkişafının zəruriliyini qeyd edib. Həmçinin, Rumın pravoslav kilsəsinin rəhbəri pravoslav icma üçün Azərbaycanda xüsusi dini, tarixi və mədəni əhəmiyyət kəsb edən məkanlara ziyarətlərin təşkilinin faydasını qiymətləndirib.
Səfir öz növbəsində, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında mövcud olan həmrəylik, tolerantlıq və dözümlülük mühiti barədə danışıb, dinlərarası dialoqu möhkəmləndirən dövlət siyasəti barədə məlumat verib. Bundan əlavə, diplomat müasir Rumıniya cəmiyyətində, Rumıniya xalqının birliyində Pravoslav Kilsəsinin mühüm rolunu vurğulayıb.
Görüşün sonunda Patriarx Daniil Azərbaycan səfirinə Rumıniyadakı fəaliyyətində uğurlar arzulayıb.
Gununsesi.info
Baxış sayı:75
Bu xəbər 15 Noyabr 2024 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















