Icma.az
close
up
RU
Səfir: Sevindirici haldır ki, bu gün də Azərbaycanda ərəb dilinə böyük maraq var

Səfir: Sevindirici haldır ki, bu gün də Azərbaycanda ərəb dilinə böyük maraq var

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 avqust, AZƏRTAC

Ərəb dili bütün dövrlərdə bəşəriyyətin ən qədim və mühüm dillərindən biridir. Allah-taala bu dilə çoxlu fəzilətlər və gözəl xüsusiyyətlər bəxş etmişdir. Onu Qurani-Kərimin dili seçmişdir.

AZƏRTAC xəbər verir ki, bu fikri Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfiri İssam bin Saleh əl-Cuteyli Bakı Dövlət Universitetində “Ərəb dili ayı”nın açılış mərasimində söyləyib. O diqqətə çatdırıb ki, ərəb dili mədəni və elmi nailiyyətlərə səbəb olub. Bu dil bəşəriyyətin mədəni müxtəlifliyinin əsas dayaqlarından biridir. Hazırda dünyada ən çox istifadə edilən dillərdəndir və bir milyarddan çox insan tərəfindən danışılır.

Səfir qeyd edib ki, ərəb dili 1973-cü ildən BMT Baş Assambleyasının rəsmi dillərindən biridir. Bu, ərəb dilinin gücünü, nüfuzunu və bəşəriyyət arasında geniş yayılmasını göstərir.

“Səudiyyə Ərəbistanı ərəb dilinə xüsusi əhəmiyyət verib, onu qorumağı və inkişaf etdirməyi öz üzərinə götürüb. Konstitusiyanın birinci maddəsində ərəb dilinin dövlət dili olduğu qeyd edilib. “Səudiyyə Ərəbistanı 2030” vizyonunda da ərəb dilinə xüsusi önəm verilib, milli kimliyin əsas tərkib hissəsi kimi göstərilib.

Kral Salman bin Əbdüləzizin himayəsi altında ərəb dilinə xidmət üçün regional və qlobal miqyasda fəaliyyət göstərən Kral Salman Beynəlxalq Ərəb Dili Mərkəzi yaradılıb. Bu Mərkəz ərəb dilinin qorunması, inkişafı və müxtəlif sahələrdə ərəb məzmununun zənginləşdirilməsi istiqamətində mühüm işlər görür.

Bu gün burada – Kral Salman Beynəlxalq Ərəb Dili Mərkəzinin təşkil etdiyi və Bakı Dövlət Universiteti ilə Avrasiya Universitetinin ev sahibliyi etdiyi “Ərəb dili ayı” – Səudiyyə Ərəbistanının ərəb dilinə göstərdiyi diqqətin, onun yayılması və gözəlliyinin müxtəlif xalqlara tanıdılmasının açıq göstəricisidir.

Orta əsrlərdə Azərbaycan alimləri, ədibləri və şairləri ərəb dilində dəyərli əsərlər yazaraq İslam mədəniyyətinin zənginləşməsinə böyük töhfə vermişlər. Sevindirici haldır ki, bu gün də Azərbaycanda ərəb dilinə böyük maraq var. Hazırda ölkədə 10 ümumtəhsil məktəbində və 6 nüfuzlu universitetdə ərəb dili tədris olunur.

Biz inanırıq ki, ərəb dili mədəniyyətlər və xalqlar arasında körpü rolunu davam etdirəcək. O, bilik və elmlərə, kimliyin möhkəmlənməsinə, mədəni müxtəlifliyə, dialoqa və dünya sülhünə xidmət edəcək. Əlavə olaraq, ölkələrimiz və xalqlarımız arasında insani yaxınlaşmanı gücləndirəcək”, - deyə səfir İssam bin Saleh əl-Cuteyli qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri