Səfir: Türkiyə Azərbaycan birliyi dəyişən dünya nizamı fonunda son dərəcə vacibdir
Icma.az bildirir, Apa.az portalına istinadən.
Bizim hər birimiz qarşılıqlı əlaqələrin inkişafı üçün çalışırıq. Bu yolda mətbuatdan gözlədiyimiz hər iki ölkə barədə xəbərlərin yayılması zamanı son dərəcə diqqətli olmaqdır.
APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün "Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumunun 5 ili: Birgə Fəaliyyətə Baxış, Gələcək Hədəflər" mövzusunda dəyirmi masada deyib.
Onun sözlərinə görə, qlobal səviyyədə münasibətlərə örnək olan Türkiyə-Azərbaycan əlaqələri bundan sonra daha da inkişaf edəcək və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, “bu qardaşlığa heç bir amil xələl gətirə bilməyəcək”.
Diplomat qeyd edib ki, Türkiyə-Azərbaycan birliyi dəyişən dünya nizamı fonunda son dərəcə vacibdir: “Bu gün demək olar heç kim heç kimə güvənmir. Belə bir kontekstdə Türkiyə-Azərbaycan birliyinin çox böyük önəmi var. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, Türk dünyası bizim böyük ailəmizdir. Bizim ən böyük siyasi qazancımız ölkələrimiz arasındakı birlik və həmrəyliyin daha da genişləndirilməsidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 19 Fevral 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















