SƏFİRİMİZ BAĞÇALI İLƏ GÖRÜŞÜNDƏN YAZDI Nə danışılıb?
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, etimad və qardaşlıq prinsipləri əsasında inkişafa davam edəcəyinə inandığını bildirib.
Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovun Dövlət Bağçalı ilə görüşünə dair səfirliyin "X" sosial şəbəkə hesabında edilən paylaşımda qeyd olunub.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının müdafiəsi istiqamətində sərgilədiyi prinsipial mövqeyə və verdiyi dəstəyə görə təşəkkürü Dövlət Bağçalıya çatdırılıb.
Görüşdə MHP sədrinin türk dünyasının birlik və bərabərliyinin gücləndirilməsinə yönəlmiş səylərinin Azərbaycanda böyük rəğbətlə qarşılandığını vurğulanıb.
"Dövlət Bağçalı Prezident İlham Əliyevin göstərdiyi yaxın diqqətə və təşəkkürlərinə görə minnətdarlığını ifadə edərək ona səmimi salamlarının çatdırılmasını xahiş etdi və hər zaman Azərbaycanın yanında olduğunu vurğuladı. Azərbaycan-Türkiyə qardaşlığının qorunmasının və həmrəyliyin gücləndirilməsinin bütün türk dünyasının ortaq gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını, ölkələrimiz arasındakı münasibətlərin bundan sonra da qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, etimad və qardaşlıq prinsipləri əsasında inkişaf etməyə davam edəcəyinə inamını bildirdi", - paylaşımda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 23 Oktyabr 2026 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















