Səfirin meyiti küçədə tapıldı Parisdə müəmma +FOTO
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Cənubi Afrika Respublikasının Fransadakı səfiri Nkosinati Emmanuel Mteta Parisin Porte Maillot rayonunda "Hyatt" otelinin yaxınlığında ölü tapılıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti Fransa paytaxtı prokurorluğuna istinadən bildirib.
İlkin məlumatlara görə, 58 yaşlı diplomat dördulduzlu otelin 22-ci mərtəbəsindən özünü atıb. Həyat yoldaşı ondan aldığı "narahatedici mesajı" barədə bildirdikdən sonra səfirsentyabrın 29-dan fəal şəkildə axtarılırdı. Mteta telefonunu sonuncu dəfə Bulon meşəsi yaxınlığında söndürüb.
İstintaqı Paris Ədliyyə Polisinin Şəxslərə Qarşı Cinayətlər briqadası. Prokurorluq hadisə yerinə daimi hakimi göndərib.
Mteta 2024-cü ilin fevralında Cənubi Afrikanın Fransaya səfiri təyin edilib və eyni zamanda ölkənin YUNESKO-da daimi nümayəndəsi kimi fəaliyyət göstərib. O, siyasətçi və keçmiş polis naziri, eləcə də Cənubi Afrikanın İncəsənət və Mədəniyyət naziri kimi tanınırdı.
Zaur, BakuPost

Baxış sayı:51
Bu xəbər 30 Sentyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















