Icma.az
close
up
RU
Səfirlikdə Orxan Əsgərovu şəhid edən Yasin Hüseynzadənin edamı yubadılır

Səfirlikdə Orxan Əsgərovu şəhid edən Yasin Hüseynzadənin edamı yubadılır

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləsə də, onun cəzası hələ də icra olunmayıb. 

İranın məhkəmə və ədliyyə sisteminin sözçüsü Əsgər Cahangirin sözlərinə görə, iş artıq cinayət hökmlərinin icrasına göndərilib və edam hökmü mərhum Orxan Əsgərovun ailəsinin qərarına əsasən yerinə yetiriləcək. Lakin hücumdan xeyli vaxt keçməsinə baxmayaraq, Tehran hələ də qətli törədən şəxsi cəzalandırmayıb. Bu gecikmənin səbəbi isə hələ də sual altındadır. 

“Cebheinfo.az” səfirliyə hücum zamanı qətlə yetirilmiş Orxan Əsgərovun atası Rizvan Əsgərovla əlaqə saxlayaraq, məsələnin gedişatı ilə maraqlanıb. Rizvan Əsgərov bildirib ki, hələ də heç bir yenilik yoxdur: "Axırıncı dəfə bütün sənədləri toplayıb verdik. Lakin hələ də heç bir xəbər yoxdur, gözləyirik. Hər dəfə “bu gün-sabah” deyə-deyə gözləyirik. Məsələnin niyə bu qədər uzandığını bilmirəm. İran hökuməti bu məsələ ilə maraqlanırmı, onu da dəqiq bilmirəm. Biz də gözləyirik". 

Xatırladaq ki, Rizvan Əsgərov İrana gedərək Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünün icrasında şəxsən iştirak edəcəyini açıqlayıb.

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Aprel 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri