Icma.az
close
up
RU
Səfirliyimizin önündəki təxribatın pərdəarxası

Səfirliyimizin önündəki təxribatın pərdəarxası

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bu gün (27 avqust 2026-cı il tarixində) günorta saatlarında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkəmizin əleyhinə təxribat xarakterli şəkillərin, yazıların yerləşdirilməsi nəyin göstəricisidir?
Öncə qeyd edim ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) olaya dərhal reaksiya verməsi və sözügedən təxribatı qətiyyətlə pisləməsi təqdirə layiq addımdır. Rəsmi Bakı bu təxribatı qəbuledilməz addım kimi qiymətləndirib və bunun son vaxtlar Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan çirkin və qərəzli kampaniyanın tərkib hissəsi olduğunun istisna edilmədiyini bildirib. Nəticə etibarilə, Azərbaycan tərəfi Rusiya Federasiyasının aidiyyəti qurumlarını bu kimi təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb.
Azərbaycan səfirliyinin Moskvadakı qonaq evinin önündə sözügedən piketin, aksiyanın keçirilməsi qətiyyən təsadüfi hadisə deyil. Bu hadisənin arxa planında geosiyasi motivlər dayanır. Burada söhbət sadəcə Azərbaycan-Rusiya münasibətlərini süni şəkildə gərginləşdirməkdən getmir. Daha dərin amillər də var. "The Wall Street Journal" qəzetinin ABŞ kəşfiyyatına istinadən bildirdiyi kimi, Kreml hal-hazırda NATO-nun birliyini sarsıtmaq üçün 2026-cı ilin payızında Baltikyanı ölkələrə və Polşaya hücum etmək planını nəzərdən keçirir. Ortada kiberhücumlardan və sabotajlardan tutmuş kiçikmiqyaslı quru əməliyyatlarına qədər müxtəlif hərəkətlər, ssenarilər mövcuddur. Bu yaxınlarda "Çistota ponimaniya" podkastında və digər resurslarda Azərbaycana qarşı təhdidlərin səsləndirilməsi və bu gün Moskvadakı səfirliyimizin qarşısında keçirilən aksiya da Kremlin Cənubi Qafqaz istiqamətində həyata keçirmək istədiyi hibrid müharibənin və təxribatların tərkib hissəsidir. Əsas hədəf isə Azərbaycan və Ermənistandır. Putin Azərbaycanın müstəqil xarici siyasət yürütməsi ilə heç cürə barışa bilmir. Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin (TRIPP layihəsinin) gerçəkləşdirilməsi istiqamətində səyləri Putini qıcıqlandırır. Azərbaycanın Ermənistanla vahid enerji şəbəkəsi yaratmaq və Metsamor AES-in bağlanması təşəbbüsü ilə çıxış etməsi isə Kremlin narahatlığını daha da artırıb.
Bakının bu təşəbbüsləri, təklifləri Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının minimallaşdırılmasına hesablanıb və bu, doğru mövqedir. Çünki Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması ilk növbədə məhz Rusiyanın və digər destruktiv aktorların bölgədən uzaqlaşdırılmasından asılıdır. Kreml və Putin isə məsələyə tam fərqli baxış bucağından yanaşır. Çünki hazırda Ukraynada rüsvayçı və çıxılmaz duruma düşən Putin Rusiyasının öz imicini xilas etməsi üçün yeni eskalasiyaya, bir növ yeni qələbəyə ehtiyacı var. Bu baxımdan Baltikyanı ölkələr və Polşa bir tərəfdən, Azərbaycan və Ermənistan isə digər tərəfdən Kremlin hədəfindədir.
Bakı isə tamamilə haqlı olaraq səfirliyimizin qonaq evinin önündəki təxribata görə Rusiyadan cavab tələb edir. Bu hadisə, ilk növbədə, diplomatik toxunulmazlıq və dövlətlərarası münasibətlərə hörmət baxımından ciddi siqnal hesab olunmalıdır. Səfirlik və onun yardımçı obyektlərinin qarşısında belə bir təxribatın baş verməsi təkcə küçə aksiyası kimi yox, həm də siyasi mesaj daşıyan, məqsədli və provokativ addım kimi qiymətləndirilir. Xüsusən də bu cür davranışlar rəsmi xəttdən kənarda spontan etiraz görüntüsü yaratsa belə, çox zaman arxasında daha geniş informasiya, psixoloji və ya geosiyasi məqsədlər dayanır.
Azərbaycan XİN-in dərhal reaksiya verməsi yuxarıda da qeyd etdiyim kimi düzgün və vacib addımdır. Çünki belə hallarda gecikmiş mövqe həm təxribatın təsirini artırır, həm də qarşı tərəfə susqunluq, zəiflik siqnalı verə bilər. Rəsmi Bakının bunu qəbulolunmaz sayması və hüquqi qiymət tələb etməsi, diplomatik praktika baxımından, suveren mövqenin nümayişidir. Bu, həm də mesaj verir ki, Azərbaycan öz nümayəndəliklərinə qarşı yönələn istənilən təxribatı diqqətsiz buraxmayacaq. Diplomatik obyektlərin təhlükəsizliyi həssas məsələdir və belə hallara dərhal reaksiya verilməsi effektiv addımdır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Avqust 2026 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri