Icma.az
close
up
RU
Şəhər alovlara BÜRÜNDÜ, aeroportlar BAĞLANDI Bu ölkədə

Şəhər alovlara BÜRÜNDÜ, aeroportlar BAĞLANDI Bu ölkədə

Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Meksikada keçirilən əməliyyat nəticəsində Jalisco Kartelinin Lideri öldürülüb.

Doğru.az Ajans.az-a istinadən xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərlərə görə, əməliyyata ABŞ-ın kəşfiyyat qurumları da dəstək verib. Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı Jalisco Yeni Nəsil Kartelinin (CJNG) lideri və ölkənin ən çox axtarılan narkotik baronu kimi tanınan Nemesio Oseguera Servantes (ləqəbi El Menço) ölüb.

Meksikanın Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Jalisco ştatının Tapalpa bölgəsində həyata keçirilən hərbi əməliyyat zamanı El Menço ağır yaralanıb və hava yolu ilə Mexiko şəhərinə aparılarkən yolda vəfat edib. Rəsmi şəxsiyyətin müəyyənləşdirilməsi üçün meyit üzərində tibbi ekspertiza və məhkəmə-tibbi araşdırmaların davam etdiyi qeyd olunub. Əməliyyat zamanı 4 kartel üzvünün öldürüldüyü, 2 şübhəlinin isə saxlanıldığı açıqlanıb. Atışma zamanı 3 hərbçinin yaralandığı və yaralı şəxslərin müalicə üçün Mexiko şəhərindəki tibb müəssisələrinə çatdırıldığı bildirilib.

Meksika mətbuatında yayılan məlumatlara görə, əməliyyata ABŞ kəşfiyyat qurumları da dəstək verib. Təhlükəsizlik qüvvələrinin bölgədə apardığı axtarışlar zamanı zirehli avtomobillər, ağır silahlar və qumbaraatanlardan ibarət geniş silahlar ələ keçirilib. Meksikada ölkənin ən böyük kartellərindən birinin başçısı Nemesio Oseguera Servantesə qarşı keçirilən əməliyyatdan sonra vəziyyət gərginləşib. Əməliyyatın ardınca genişmiqyaslı zorakılıq hadisələri baş verib. Cinayət təşkilatının üzvləri hücumlar həyata keçiriblər. Onlar Qvadalaxara Beynəlxalq Hava Limanına basqın edərək təhlükəsizlik qüvvələri ilə silahlı toqquşmaya giriblər. Hava limanında atəş səsləri eşidilib. Çox sayda insan qorxu və panika içində ərazidən uzaqlaşmağa çalışıb. Avtovağzallarda da silah səsləri və partlayışlar qeydə alınıb. Əməliyyatdan sonra kartelin mümkün cavab hücumu kimi, başda Jalisco olmaqla müxtəlif ştatlarda yolların bağlanması, nəqliyyat vasitələrinin və iş yerlərinin yandırılması halları qeydə alınıb.

Meksika Prezidenti Klaudia Şeynbaum sosial media platforması X-də etdiyi paylaşımda ştat rəhbərləri ilə tam koordinasiya şəraitində çalışdıqlarını bildirərək əhalini sakit olmağa çağırıb. Şeynbaum təhlükəsizlik qüvvələrinə təşəkkür edib və ölkədə sülh və təhlükəsizliyin təmin olunması istiqamətində işlərin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.

CJNG-nin fəaliyyəti

Jalisco Yeni Nəsil Karteli (ispanca adı ilə Cártel de Jalisco Nueva Generación) Meksikanın ən güclü və ən sürətlə böyüyən cinayət təşkilatlarından biri hesab olunur. Təşkilat xüsusilə son on ildə ölkə üzrə təsir dairəsini genişləndirərək bir çox ştatda rəqib kartellərlə qanlı toqquşmalara girib.

Kartel kokain və metamfetamin istehsalı, eləcə də beynəlxalq narkotik ticarətində mühüm rol oynayır. Son illərdə isə ABŞ bazarına yönəlik fentanil tədarükünü genişləndirib. Bununla yanaşı, insan alveri, zorla haqq toplama  və digər mütəşəkkil cinayət fəaliyyətləri vasitəsilə gəlir şəbəkəsini böyüdüb. Təhlükəsizlik qüvvələrinə qarşı ağır silahlardan istifadə etməsi və yüksək atəş gücü ilə həyata keçirdiyi hücumlar təşkilatın ən diqqətçəkən xüsusiyyətlərindəndir.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://dogru.az
archiveBu xəbər 23 Fevral 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri