Icma.az
close
up
RU
Səhər oyanan kimi telefona baxanlara pis xəbər

Səhər oyanan kimi telefona baxanlara pis xəbər

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səhər gözümüzü açan kimi telefona uzanır, gün ərzində yüzlərlə dəfə ekranı yoxlayır və gecə yatmazdan əvvəl son dəfə sosial şəbəkələrdə gəzişirik. Türkiyəli professor Murad Kurt artıq vərdişə çevrilən bu rəqəmsal rutinin diqqət və yaddaş proseslərimizə ciddi təsir etdiyini bildirir. Onun sözlərinə görə, hətta telefonun masanın üzərində sönülü vəziyyətdə durması belə insanın zehni fəaliyyətini aşağı salır.
Demokrat.az xəbər verir ki, rəqəmsal dövrün gətirdiyi sürətli məzmun istehlakı və bitmək bilməyən bildiriş axını qısamüddətli həzz yaratsa da, gələcəkdə ciddi fəsadlara yol açır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) uşaqlar üçün ekran vaxtı ilə bağlı məhdudiyyətləri məsələnin qlobal miqyasda nə dərəcədə təhlükəli olduğunu göstərir. Tədqiqatlar sübut edir ki, sosial mediadan nəzarətsiz istifadə xüsusilə uşaq və yeniyetmələrdə diqqət dağınıqlığına və fokuslanma müddətinin qısalmasına səbəb olur.
Problemli sosial media istifadəsi gündəlik həyatda dalğınlıq və unutqanlığı artırır. Bu hal çox vaxt "nəyisə qaçırmaq qorxusu" (FoMO) ilə əlaqələndirilir. Professor qeyd edir ki, beyin potensial mükafat siqnalı olan bildirişləri görməzdən gələ bilmir. Telefon yanımızda olanda zihnimiz daim gələcək xəbərdarlıqlara köklənmiş vəziyyətdə qalır. Bu da hər hansı işə tam diqqət ayırmağa mane olur.
Yaddaş bir növ əzələ kimidir, inkişafı üçün təkrar və diqqət tələb edir. Davamlı məzmun dəyişikliyi və qısa videolar öyrənmə prosesini səthi edir. Mütəxəssislər bunu "rəqəmsal amneziya" adlandırırlar. İnformasiyanın hər an əlçatan olması onu yadda saxlamaq istəyini azaldır. Artıq məlumatın özünü deyil, onu harada tapacağımızı xatırlamağa çalışırıq ki, bu da yaddaş mexanizmlərimizi zəiflədir.
Mövcud vəziyyətdən çıxış yolu texnologiyadan tamamilə qaçmaq deyil, onu idarə etməkdir. Ekspertlər bildirişləri söndürməyi, telefonu göz önündən uzaq tutmağı və yatmazdan azı bir saat əvvəl ekranla təması kəsməyi məsləhət görürlər. Gün ərzində telefonsuz saatlar təyin etmək və kitab oxumaq kimi yaddaşı aktiv saxlayan fəaliyyətlər zehni qorumağın ən yaxşı yoludur.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Fevral 2026 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri