Səhər saatlarında qızıl mağazası gülləbaran edildi
Icma.az, News24 saytına istinadən bildirir.
Səhər saatlarında qızıl mağazası gülləbaran edildiİstanbulun Beylikdüzündə motosikletli iki nəfər qızıl mağazasını gülləbaran edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Yakuplu rayonu Hürriyyət bulvarında yerləşən qızıl mağazasından bir müddətdir zorla pul tələb edən iki nəfər naməlum şəxs motosikletlə iş yerinə gələrək bura güllə yağdırıb.
Onlar daha sonra hadisə yerindən qaçıblar.
İçəridə olan işçilər və müştərilər əşyaların arxasında gizlənərək yaralanmadan xilas olublar.
Məlumat üzərinə hadisə yerinə çoxlu polis sövq edilib. Ətrafda təhlükəsizlik tədbirləri görülüb.
İlkin araşdırmalar nəticəsində mağazaya təxminən 28 güllə atıldığı müəyyən edilib.
Hadisədən sonra polis qrupları motosikletlə qaçan şübhəliləri tutmaq üçün əməliyyat başladıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 20 Noyabr 2024 07:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















