Icma.az
close
up
RU
Şəhər sakinləri rəqs mədəniyyətində dəyişikliklərə necə baxır? SORĞU

Şəhər sakinləri rəqs mədəniyyətində dəyişikliklərə necə baxır? SORĞU

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rəqs əsrlər boyu xalqımızın milli-mədəni kimliyinin, adət-ənənələrinin və estetik dünyagörüşünün ayrılmaz parçası olub. Azərbaycan rəqsləri yalnız incəsənət nümunəsi deyil, həm də xalqın xarakterini, həyat tərzini, qəhrəmanlıq ruhunu, zərifliyini və mənəvi dəyərlərini özündə yaşadan mədəni irsdir. Hər bir rəqsin öz ritmi, öz davranış qaydası, özünəməxsus fəlsəfəsi var və bu dəyərlərin qorunması cəmiyyət üçün hər zaman önəm daşıyıb.

Müasir dövrdə isə rəqs sənəti həm ənənəvi, həm də yeni üslubların təsiri ilə dəyişir, inkişaf edir və müxtəlif müzakirələr doğurur. Xüsusilə milli rəqslərdə qadın və kişi ifa tərzi, səhnə davranışı, müasir interpretasiyalar və yeni rəqs nümunələri cəmiyyətdə fərqli yanaşmalarla qarşılanır. Bəziləri bunu inkişaf və yenilənmə kimi qiymətləndirir, digərləri isə milli rəqsin mahiyyətindən uzaqlaşma hesab edir.

Rəqsin milli-mədəni dəyər kimi bu gün hansı istiqamətdə inkişaf etdiyi, müasir rəqslərin nə dərəcədə milli ruhu qoruduğu, eləcə də bəzi yeni tendensiyaların mədəniyyətimizə təsiri cəmiyyətdə maraq doğuran mövzulardandır.

Bəs görəsən şəhər sakinləri rəqsdə gender rolları, müasir rəqslərin təsiri və milli rəqslərimizin bu günü barədə nə düşünürlər?

SİA şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Nurəddin Ədilov: "Rəqs bizim milli mədəniyyətimizin ayrılmaz hissəsidir və hər bir hərəkətin, hər bir duruşun öz mənası var. Mənə görə, kişi və qadın rəqslərinin fərqli üslubları qorunmalıdır. Oğlanların qadın, qızların isə kişi tərzində rəqs etməsi bəzən milli ənənələrdən uzaqlaşma kimi görünür. Xüsusilə toy və şənliklərdə "Uzundərə", "Tərəkəmə" kimi rəqslərin öz orijinal formasında ifa olunması daha doğrudur. Bu, həm də gənclərə milli dəyərlərin düzgün ötürülməsi baxımından vacibdir".

Şəhər sakini Mətanət Mehdiyeva: "Bu məsələni bir az daha geniş baxışla qiymətləndirmək lazımdır. Artıq dünya dəyişib və mədəniyyətlər bir-birinə təsir edir. Gənclər də sosial mühitə uyğun davranır və fərqli rəqs üslublarını sınayırlar. Məncə, bunu tam qadağan etmək və ya sərt tənqid etmək düzgün deyil. Əsas odur ki, milli rəqslər də unudulmasın və öz yerini qoruyub saxlasın. Cəmiyyət qəbul edirsə, dəyişikliklər də zamanla normallaşır".

Şəhər sakini Arzu Əhmədova: "Mən rəqsi daha çox ifadə vasitəsi kimi görürəm. İnsan rəqs edərkən hisslərini, enerjisini və zövqünü ortaya qoyur. Müasir rəqslər çox dinamikdir və gənclər arasında maraq doğurur. Amma eyni zamanda milli rəqslər də çox gözəldir və onları öyrənmək lazımdır. Məncə, balans qorunmalıdır: həm ənənə, həm də müasirlik yanaşı inkişaf etməlidir".

Şəhər sakini Əhəd Hacıyev: "Əvvəllər rəqsin öz qaydaları, öz etikası var idi. Hər rəqsin kişi və qadın üçün müəyyən edilmiş hərəkət tərzi mövcud idi. İndi isə bəzən bu sərhədlər pozulur və qarışıqlıq yaranır. Mən hesab edirəm ki, bu, mədəniyyətə təsir edir və zamanla milli rəqslərin mahiyyətini zəiflədə bilər. Ona görə də ənənəvi formanın qorunması vacibdir".

Şəhər sakini Seyfəddin Altaylı: "Toylarda və müxtəlif tədbirlərdə artıq əvvəlki rəqs ənənələrindən uzaqlaşma hiss olunur. Gənclər daha çox internetdən, xarici platformalardan təsirlənir. Bu, normaldır, amma milli rəqslərin öz ruhu itirilməməlidir. Çünki rəqs təkcə əyləncə deyil, həm də tarix və kimlikdir. Onun qorunması gələcək nəsillər üçün vacibdir".

Şəhər sakini Əminə Əliyeva: "Mənim yaşıdlarım daha çox trend olan rəqslərə üstünlük verir. Sosial şəbəkələrdə gördüyümüz rəqslər daha maraqlı və fərqli olur. Amma milli rəqslər də çox gözəldir, sadəcə bəzən gənclərə bir az köhnə kimi görünür. Əgər onlar daha müasir formada təqdim olunsa, biz də daha çox maraq göstərərik. Məncə, milli rəqsləri qoruyub saxlamaqla yanaşı, onları gənclərə uyğun şəkildə tanıtmaq lazımdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Aprel 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri