Səhər tezdən Gümrüdə axtarışlar və həbslər keçirilir
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
"Oragir.News" portalının yaydığı məlumata görə, səhər tezdən Ermənistanın Gümrü şəhərində genişmiqyaslı axtarışlar və saxlanılmalar dalğası başlayıb.
Bizim.Media xəbər verir ki, səhər saat 05:00-dan etibarən "Ermənistan" (Hayastan) blokunun qərargahında axtarışlara start verilib və deputatlığa namizəd Hasmik Sahradyan saxlanılıb.
Saytın əldə etdiyi digər məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) səhər tezdən hüquq müdafiəçisi Karapet Poqosyanın mənzilində də axtarış aparır.
Bununla yanaşı, analoji əməliyyatların "Güclü Ermənistan" blokunun qərargahlarında da keçirildiyi bildirilir.
Ərazidə digər saxlanılan şəxslərin də olduğu, lakin onların şəxsiyyəti barədə hələlik rəsmi məlumat verilmədiyi qeyd olunub.
Bizim.Media
Baxış sayı:105
Bu xəbər 07 İyun 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















