Icma.az
close
up
RU
“Şəhər üzrə cəmi iki idman məktəbi varsa, handbolçular haradan çıxsın?!” Vidadi Əliyevin ə MÜSAHİBƏSİ

“Şəhər üzrə cəmi iki idman məktəbi varsa, handbolçular haradan çıxsın?!” Vidadi Əliyevin ə MÜSAHİBƏSİ

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkəmizdə kişi həndbolu həm sovet dövründə, həm də müstəqillik illərində həmişə qadın həndbolunun kölgəsində qalıb. Bəs bunu səbəbi nədir və gəncləri kişi həndboluna necə cəlb etmək olar?

Bu və digər sualları İdman.Biz-ə Azərbaycanın kişi həndbolu üzrə milli komandasının baş məşqçisi Vidadi Əliyev cavablandırıb.

- Niyə kişi həndbolu bizdə həmişə qadınlardan zəif olub? Hələ populyarlığını demirəm…

- Başlayaq ondan ki, hazırda kişi həndbolu qadınlardan daha yaxşı inkişaf edir. Məsələ ondadır ki, regionlarda həndbolu inkişaf etdirmək lazımdır. Mən bu işə 2018–2019-cu illərdə, pandemiyadan əvvəl Mingəçevirdə başlamışdım. 14–16 yaşlı uşaqlar yığdım, onları məşq etdirdim, Bakıya gətirdim. İndi onların yaşı 21–23 arasındadır və müxtəlif klublarımızda uğurla çıxış edirlər. Hazırda eyni işi ölkənin cənub bölgələrində görürəm, çünki həmin region üzrə federasiyanın koordinatoruyam. Şəxsi olaraq Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı məktəblərinə gedirəm. Harada boylu-buxunlu, idmançı görkəmində olan uşaqlar görürəmsə, dərhal onlara həndbol təklif edirəm. Hazırda Lənkərandayam.

- Regionlarda həndbolu inkişaf etdirmək yaxşıdır. Bəs Bakıda bu idman növünə maraq göstərənlər yoxdurmu?

- Haradan olsun ki, şəhər üzrə cəmi iki idman məktəbi var?! Əvvəllər on idi! İndi yalnız “Nəsimi” və “Təhsil” qalıb. Onlar da təkcə həndbol yox, bir çox başqa idman növləri üzrə idmançılar yetişdirirlər. Özünüz də qeyd etdiniz ki, kişi həndbolu gənclər arasında ən populyar idman növü deyil. Ona görə də idmançıları təkcə Bakıda yox, regionlarda da axtarmaq lazımdır.

- Qızlarda da xüsusi şərait yoxdur. Amma qadın həndbolu sovet dövründən bu yana daha populyardır və nəticələri də daha yaxşıdır. Bu nə ilə bağlıdır?

- Düşünürəm ki, sovet dövründən qadın həndboluna münasibət fərqli olub. Ona daha müsbət yanaşılırdı. Federasiya rəhbərliyi də həm sovet vaxtı, həm də post-sovet dövründə qadın həndboluna daha çox simpatiya bəsləyirdi. Yalnız son illərdə bu yanaşma dəyişib. Tam məsuliyyətlə deyə bilərəm ki, indiki federasiya rəhbərliyi həm qadın, həm də kişi həndboluna eyni diqqətlə yanaşır.

- Eyni diqqət deyəndə nəyi nəzərdə tutursunuz? Hər iki tərəfdə də yalnız legionerlərə arxalanılır?

- Dediyim kimi, kişi həndbolunda biz yerli, öz yetişdirdiyimiz kadrlara güvənirik. Elə buna görə də regionlarda həndbolu inkişaf etdiririk. Bir legionerin müqaviləsinə xərclənən pula regionda bütöv bir komandanı saxlamaq olar. Üstəlik, legioner pulunu qazanıb gedir. Bizim həndbolçu isə xaricə getsə belə, sonda geri qayıdacaq və artıq məşqçi kimi öz ölkəsində sevdiyi idman növünü inkişaf etdirəcək.

- Yeri gəlmişkən, məşqçilərlə vəziyyət necədir? Onlar da çatışmır?

- Bəli, kişi həndbolunda məşqçilər azdır. Amma 30 yaşını keçmiş, məşqçilik işinin öhdəsindən layiqincə gələ biləcək bir qrup həndbolçumuz var. Mən öz kadrlarımızın yetişdirilməsinin tərəfdarıyam - həm oyunçular, həm də məşqçilər arasında. Elə buna görə də özüm də yaşlı vaxtımda yenidən həndbola qayıtmışam.

- Siz hələ də ölkə həndbolunun inkişafına çox fayda verə bilərsiniz…

- Elə mən də ona çalışıram. Sadəcə vaxt lazımdır. Gələn il 70 yaşım olacaq. Əgər qismət olsa, üç ildən sonra məndən nəticə soruşun. Biz indi yığmamızın və ümumilikdə həndbolumuzun gələcəyi üçün çalışırıq. Amma müsbət nəticələr üç ildən tez olmayacaq. Hazırda məktəblər, rayonlar arasında yarışlar keçiririk - məqsəd həndbolu populyarlaşdırmaq və yeni istedadlar tapmaqdır. Bu prosesi dayandırmaq olmaz, əksinə, daha da inkişaf etdirmək lazımdır. Onda Mingəçevirdə olduğu kimi nəticələr olacaq. Cənub bölgəsində də iki-üç ilə nəticələr görünəcək. Mart ayında zonal turnirlər keçiriləcək. Əminəm ki, artıq orada yüksək liqada çıxış edən altı kişi klubumuza lazım ola biləcək uşaqlar tapılacaq. Yaxın vaxtlarda Yardımlıda da məktəblərarası turnir olacaq. Uşaq və gənclər həndbolunu inkişaf etdirməsək, böyüklər səviyyəsində nə üç ilə, nə də otuz ilə nəticə əldə etmək mümkün olmayacaq.

Vüqar Vüqarlı

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Dekabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see282

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see262

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see137

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri