Icma.az
close
up
RU
Şəhərdə İtən Kənd: Modernləşmənin Türk Ailə Quruluşuna Yansımaları

Şəhərdə İtən Kənd: Modernləşmənin Türk Ailə Quruluşuna Yansımaları

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kəndlərdə böyüyən nəsillər, geniş ailələrlə birlikdə yaşayıb, həm həyatı, həm də adət-ənənələri bir-birindən öyrəniblər. Lakin modernləşmə və şəhərləşmə bu ənənəvi qaydalarda dərin dəyişikliklərə səbəb oldu.

Türk toplumunda ailə əsrlər boyu sadəcə qan bağı ilə formalaşan bir bərabərlik deyil, eyni zamanda dəyərlərin, adətlərin və ənənələrin yaşadıldığı müqəddəs bir ocaq olmuşdur. Ailə, türkün həyat fəlsəfəsində dövlətin kiçik modeli, cəmiyyətin isə təməl daşlarından sayılıb. Lakin son zamanlarda baş verən modernləşmə prosesi bu təməl birliyə ciddi mənfi təsirlər göstərməktidir.

Kənddən şəhərə köç minlərlə ailəyə yeni fürsətlər qazandırdı. Daha yaxşı məktəblər, xəstəxanalar, iş yerləri. Amma o fürsətlərin arxasında dərindən duyulan bir boşluq qaldı. Çünki kənd yalnız torpaqdan ibarət deyildi – o, həm də insanın köklərinə söykənən kimliyi idi. Şəhərdə isə ailələr çox vaxt tənhalaşdı. Ailələr böyümədikcə, evlər kiçildikcə, könüllər də daraldı.

Kənddə hər qapı birgə idi: toy da, yas da, məişət də hamının məsuliyyəti idi. İndi isə çoxmərtəbəli binaların qapıları arxasında hər ailə gizlənməkdədir. Qonşuluq əvvəlki kimi paylaşmaqdan ibarət deyil, yalnız salamlaşmaqdan ibarətdir. Müasir dövrdə telefonlar, sosial şəbəkələr ailə üzvlərinin belə bir-biri ilə üz-üzə ünsiyyətini əvəz etməyə başlayıb. Bir vaxtlar süfrə başında paylaşılan söhbətlər indi ekran arxasında susqunluğa çevrilməktədir. Uşaqlar torpağın üstündə böyümür artıq, telefon ekranının işığında böyüyür. Nənə-babalar evin mərkəzindən kənara çəkilmiş, çox vaxt səssiz küncdə unudulmuş bir əşya kimi ömür yaşayırlar.

Əslində problem modernləşmədə deyil, dəyərlərlə zamanın uzlaşdırıla bilməməsindədir. Modernləşmə qadınlara yeni qapılar açdı. Əvvəllər kənddə görünməyən, təqdir edilməyən zəhməti ilə ailənin önəmli yükünü daşıyan qadın, indi şəhərdə iş həyatına, təhsilə qatılaraq güc qazandı. Amma bu güc ailə içində rolları dəyişdirdi, gözləntiləri silkələdi.

Gənclər üçünsə şəhər başqa bir dünyadır. Onlar adət ənənələri değil, sürətli internetin, beynəlxalq markaların və bəsit həyat tərzinin ritmini yaşayırlar. Bu da nəsillər arasında körpülərdən çox uçurumlar yaratmakdadır.

Ümid hələ də yaşayır. Çünki kəndin gücü torpaqda deyil, ürəklərdə idi. Paylaşmaq, dayanışmaq, bir tikə çörəyi bölüşmək… Bu dəyərlər istəsək, şəhərdə də yenidən canlana bilər.

Bəzən bir qonşuya edilən ziyarət, uşaqlar üçün qurulan sadə oyun meydançası kəndin ruhunu xatırladır. İnsan insanla görüşdükcə, ünsiyyət qurduqca, kəndin o bərəkətli nəfəsi şəhərin soyuq küçələrinə də yansıyar. 

Modernləşmə bir çox şeyi əlimizdən aldı, amma seçim yenə də bizimdir. Kəndin melodiyası hələ tamamilə susmayıb o, insanın paylaşmaq istəyində, qonşunun qapısını döymək vərdişində, uşağın saf gülüşündə gizlidir.

Türkün ailə quruluşu sadəcə bir evin içində yaşayan insanların birliyi deyil, millətin özüdür. Bu ocaq sönərsə, millətin də ruhu solacaqdır. Ona görə də modernləşməni qəbul edərkən ailə dəyərlərimizi qorumaq, ənənə ilə yeniliyi yan-yana yaşatmaq bizim həm fərdi, həm də millət olaraq borcumuzdur.

Fikrət Əkbərli,

Türkiyə üzrə araşdırmaçı-yazar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://adalet.az
archiveBu xəbər 01 Oktyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri