Şəhərin mərkəzində bahalı avtomobillərini harda gəldi parklayan sürücülər FOTO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın mərkəzi küçə və prospektlərində sürücülərin yol hərəkəti qaydalarını gözardı edərək hərəkətə maneə yaratma faktlarına hələ də rast gəlmək mümkündür.
Avtosfer.az xəbər verir ki, Bakının Səbail rayonunda Mirzə Fətəli Axundov bağı kimi tanınan parkın ətrafındakı yollarda nəqliyyat vasitələri idarəçilərinin dayanma-durma qaydalarını kobud şəkildə pozması ərazidə gün ərzində nəqliyyat sıxlığının yaranması ilə yanaşı, piyadaların hərəkətini də məhdudlaşdırır.
Belə ki, rayonun Lermontov küçəsində 99-DB-513 qeydiyyat nişanlı “Chevrolet”in sahibi piyada keçidinə 5 metr məsafədə avtomobili park edib və ərazidən uzaqlaşıb. Eyni küçədə 10-ZT-085 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü isə nəqliyyat vasitəsini daynma-durmanın qadağan edildiyi hissədə saxlayıb.
Əhməd Cavad küçəsində isə 10-LY-767 nömrəli “BMW” və 77-LC-012 nömrəli “Chevrolet” markalı avtomobillərin sahibləri isə sanki ərazi onların şəxsi mülkiyyəti imiş kimi “zebra”nı parklama yeri kimi özəlləşdiriblər.
Qeyd edək ki, xəbərdə nəzərdə tutulan dayanma-durma qaydalarını pozan sürücülərin hər biri İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, 20 manat məbləğində cərimə edilə bilər.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 12 Fevral 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















