Şəhərin mərkəzində “Niva” və “Lada” sürücüləri yolboyu təhlükəli yarışa çıxdı VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-PR-014 dövlət nömrə nişanlı “Lada Granta” və 90-ZC-025 dövlət nömrə nişanlı “VAZ-2121” (Niva) markalı avtomobillərin sürücüləri təhlükəli manevrlər ediblər.
Kadrdan da göründüyü kimi, onlar maşınların arasından keçərək bir-biriləri ilə yarışıb və bu zaman digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıblar. Hətta “Niva”nı ötməyə çalışan “Lada” sürücüsü qəzadan son anda yayına bilib.
Qeyd edək ki, sürücülərin bu davranışı avtoxuliqanlıq hesab olunur və qanunvericiliyə əsasən ciddi cərimələr və sürücülük hüququndan məhrumetmə ilə nəticələnə bilər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 29 Sentyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















