Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İsrail bu aviabazadan personalı təxliyə edir

Sumqayıt ın Antalya toplanışı

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

Şəhərlərimizə raket atəşi əmrlərini Ermənistan hərbi rəhbərliyi vermişdi

Şəhərlərimizə raket atəşi əmrlərini Ermənistan hərbi rəhbərliyi vermişdi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə, müharibə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 13-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclası sənədlərin elan olunması ilə davam etdirilib.

Sənədlərdən birində qeyd edilib ki, qondarma qurumun mövcud olduğu müddət ərzində mediada həftəlik “Qoyamart” (“yaşamaq uğrunda döyüş”) hərbi proqramı yayımlanıb. Həmin verilişlər izlənilərək təhlil edilib, Azərbaycan Respublikasının suveren ərazilərinin işğalının təşviq edilməsi və Azərbaycanın vaxtilə işğal altında olan ərazilərindəki Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığının yüksəldilməsi üzrə orada xidmət edən yüksəkrütbəli zabitlərin fəaliyyətinin qeydiyyatı aparılıb.

Belə zabitlərdən biri general-mayor ali hərbi rütbəli, hazırda təqsirləndirilən David Manukyandır. “Qoyamart” hərbi proqramının 2020-ci il mayın 16-da yayımlanmış buraxılışına əsasən, Azərbaycanın işğal altında olmuş ərazilərində təlimlərə rəhbərliyi silahlı birləşmənin komandanı general-leytenant Calal Arutyunyan və onun 1-ci müavini general-mayor David Manukyan ediblər.

Elan olunan sənədlərdən biri “Krunq” təşkilatının yaradılması və fəaliyyəti ilə bağlı olub.

Növbəti sənədlər Ermənistan Respublikası Müdafiə Nazirliyinin yaradılması, formalaşması barədə bir sıra məlumatlarla bağlı olub. Bildirilib ki, 1992-ci il yanvarın 28-də Ermənistan hökumətinin qərarı ilə Nazirlər Şurası yanında Əlahiddə Müdafiə Komitəsi ləğv olunub və onun bütün əmlakı yeni yaradılmış Müdafiə Nazirliyinin tərkibinə verilib. Müdafiə naziri vəzifəsinə Vazgen Sarkisyan təyin edilib.

Daha sonra Ermənistan silahlı qüvvələrinə məxsus bir sıra məxfi sənədlər elan olunub. Ermənistan silahlı qüvvələrinin müxtəlif strukturlarına, habelə qondarma qurumun “ordusu”na (Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinə - red.) Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində icra edilməsi məqsədilə müxtəlif hərbi tapşırıqlar verilib. Məsələn, Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi general-polkovnik Yuri Xaçaturovun 4 may 2016-cı il tarixli məxfi əmrindən - döyüş tapşırığından görünür ki, qondarma qurumun “ordusunun komandiri”nə döyüş düzülüşündə olan vasitələri maskalamaq tapşırılıb.

Məhkəmədə Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Movses Akopyanın və silahlı qüvvələrin Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisi, polkovnik V.Sarqsyanın 24 dekabr 2016-cı il tarixli birgə məxfi əmri - döyüş tapşırığı da açıqlanıb və sənədin fotosu nümayiş etdirilib.

2017-ci il yanvarın 10-14-də 24-cü Xüsusi Təyinatlı Əlahiddə Radiotexniki Alayının işçi qrupunun İrəvan-Xankəndi-Ağdərə-Suqovuşan-Xankəndi-İrəvan marşrutu üzrə səfərinin təşkil edilməsi, həmin əmrin icrasına nəzarət isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisinə tapşırılıb.

Məhkəmədə Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant A.Davtyanın 24 sentyabr 2019-cu il tarixli məxfi əmri ilə qondarma qurumun “ordusu”nun “müdafiə rayonları”na 26 komplekt 82 millimetrlik BM-37 minaatanlarının verilməsi tapşırılıb.

Qondarma qurumun “ordusu” “komandanın 1-ci müavini - qərargah rəisi” general-mayor Kamo Vardanyanın “Düşmənin yaşayış məntəqələrinin atəşlə məhv edilməsi barədə” 25 sentyabr 2020-ci il tarixli məxfi əmri də açıqlanıb. Əmrdən görünür ki, Xankəndi şəhərində birləşmə və hərbi hissə komandirlərinə 2020-ci il sentyabrın 28-dək qeyd olunan əmrə əlavə edilmiş yaşayış məntəqələrini atəş hədəfinə almaq tapşırılıb. Əmrə əlavə edilmiş atəş məhvetmə hədəfinə alınmış yaşayış məntəqələrinin siyahısına Azərbaycanın Mingəçevir və Naftalan şəhərləri, Tərtər, Yevlax, Beyləqan, Ağcabədi və digər rayonları, habelə bir sıra qəsəbələri, kəndləri daxildir.

Elan olunan sənədlərə əsasən, Vətən müharibəsinə qədər Azərbaycanın işğal altında olmayan, mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən məhv edilməsinə dair direktiv, həmin yaşayış məntəqələrinin dəqiq koordinatları, hansı növ raketlərdən istifadə edilməsi təqdim olunub.

Bildirilib ki, həmin sənəddə hədəf kimi göstərilən koordinatlar Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən yoxlanılıb və həmin koordinatların Azərbaycan Respublikasının yaşayış məntəqələrinə uyğun gəldiyi öz təsdiqini tapıb.

Məhkəmə prosesi oktyabrın 16-da davam etdiriləcək.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see258

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see191

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see133

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri