Icma.az
close
up
RU
Şəhərsalma Forumu Azərbaycana hansı üstünlükləri qazandıracaq?

Şəhərsalma Forumu Azərbaycana hansı üstünlükləri qazandıracaq?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Sabah, 17 may tarixində Bakı qlobal şəhərsalma gündəmində mühüm bir mərhələyə ev sahibliyi edir.

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (World Urban Forum 13 (WUF13) 22 mayadək davam edəcək.

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında keçirilən forum dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, ekspertləri və şəhər planlaşdırma sahəsinin aparıcı mütəxəssislərini bir araya gətirir.

Bu tədbir həm qlobal şəhərsalma çağırışlarının müzakirəsi, həm də dayanıqlı inkişaf hədəflərinin reallaşdırılması baxımından mühüm platforma kimi çıxış edir. 

Bakı üçün isə bu forum yalnız beynəlxalq nüfuzun göstəricisi deyil, eyni zamanda şəhərin urban inkişaf təcrübəsinin paylaşılması və yeni əməkdaşlıqların qurulması baxımından strateji əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov “Cebheinfo.az”-a bildirib ki, WUF13-ün Azərbaycanda keçirilməsi kifayət qədər vacib hadisələrdən biridir:

“Çünki Ümumdünya Urban Forumu iştirakçılıq səviyyəsinə görə dünyada ikinci ən böyük tədbir hesab olunur. Bu foruma 35 min xarici nümayəndənin gələcəyi gözlənilir. Artıq 25 mindən çox nümayəndə qeydiyyatdan keçib. Ona görə də say və iştirakçılıq baxımından bu ciddi bir forumdur.

Forum həm Bakının infrastrukturunun, həm də Azərbaycanın bu istiqamətdə tətbiq etdiyi yeni modellərin təqdimatı baxımından vacibdir. Baxmayaraq ki, tədbirlərin keçiriləcəyi yer paytaxtdır, Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yeni modellər və xüsusən də şəhərsalma modeli WUF13 vasitəsilə də təqdim ediləcək.

Sözsüz ki, bu, həm də turizmin inkişafı baxımından vacibdir. Bir tərəfdən 35 min nümayəndə heyəti gələcək və bu kifayət qədər ciddi bir rəqəmdir. Azərbaycan potensialının təqdimatına imkan verəcək və bu, sərmayənin cəlb edilməsi aspektindən vacibdir, xüsusən də qeyri-neft sektoru üçün. Çünki qeyri-neft sektoru və infrastrukturun təqdimatı nəticədə ölkə iqtisadiyyatının inkişafına töhfədir.”

Deputat qeyd edir ki, ona görə də COP29-dan (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP)) sonra ikinci ən böyük tədbir hesab olunan WUF13 xüsusən də iqtisadiyyatın inkişafı ilə bağlı hədəflərin reallaşması aspektindən Azərbaycan üçün vacibdir.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: şəhərsalma Vüqar Bayramov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 May 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see386

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see329

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see325

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see296

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see295

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see279

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see279

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see273

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see269

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see260

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see255

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see255

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see247

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see242

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see240

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see235

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see235

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see230

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see216

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri