Icma.az
close
up
RU
Şəhid ailələri diaspor gənclərinin yay düşərgəsində FOTOLAR

Şəhid ailələri diaspor gənclərinin yay düşərgəsində FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xankəndidə keçirilən Diaspor Gənclərinin Vl Yay Düşərgəsinin növbəti panelində şəhid ailələri və Qarabağ fatehləri ilə görüş olub.

"Unikal" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayılın moderatorluğu ilə baş tutan panelin fəxri qonağı Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Sevinc Orucova olub. Paneldə şəhid polkovnik-leytenant Vidadi Xəlilovun anası Əminə Məmmədova, şəhid mayor Sənan Qasımovun anası Dürdanə Qasımova, şəhid MAXE Xəqani Nəsirovun atası Kamran Nəsirov, şəhid əsgər Fərhad Fərhadlının anası Gülümnaz Fəhrədova və Qarabağ fatehləri iştirak ediblər.

Görüş Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb.

Sevinc Orucova çıxışında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhid və qazilərimizin xalqın milli birliyinin və dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda önəmli missiya yerinə yetirdiyini söyləyib. Azərbaycan dövlətinin şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edib, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Panel zamanı şəhid valideynləri övladlarının xatirələrini bölüşüb, Qarabağ fatehləri isə keçdikləri döyüş yolundan danışıblar. Dünyanın müxtəlif ölkələrindən düşərgəyə qatılan soydaşlarımızı azad Xankəndidə görməyin onlar üçün qürurverici olduğunu vurğulayıblar. Şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizin çıxışları gənclərdə böyük qürur hissi yaradıb. Onlar bir çox məqamlarda göz yaşlarına hakim ola bilməyiblər. Özbəkistandan olan iştirakçı Xulkaroy Racapovanın şəhidlərə həsr olunan şeiri səsləndirməsi böyük rəğbətlə qarşılanıb.

Gənclər düşərgənin Xankəndidə təşkilinə görə Azərbaycan dövlətinə sonsuz təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Avqust 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri