Icma.az
close
up
RU
Şəhid ailələri: Mehriban xanım hər zaman yanımızdadır!

Şəhid ailələri: Mehriban xanım hər zaman yanımızdadır!

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün mərhəməti, humanizmi və qayğıkeşliyi ilə hər bir evə işıq saçan Azərbaycanın birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür. Onun adı çəkiləndə ilk növbədə insanlığa, milli-mənəvi dəyərlərə, vətən övladlarına olan sonsuz sevgi yada düşür.

44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri, qazilər və müharibə iştirakçıları kimi həssas təbəqədən olanlar üçün ən böyük təsəlli dövlətin və xalqın onların yanında olduqlarını hiss etməkdir. Məhz bu məqamda Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət, şəhid övladlarına ana qayğısı ilə yanaşması, hər görüşündə səmimiyyət və sevgi dolu münasibəti onların qəlbində dərin minnətdarlıq hissləri doğurub.

Mehriban Əliyeva həm bir lider, həm də bir ana kimi millətin yanında dayanaraq göstərdi ki, əsl böyüklük yalnız siyasi gücdə deyil, insan qəlbinə toxunmaqda, onun dərdinə şərik olmaqda və hər kəsin həyatına ümid işığı bəxş etməkdədir.

44 günlük Vətən müharibəsindən sonra həyata ər itkisi ilə davam edən şəhid xanımlarının dilindən səslənən sözlər Mehriban xanımın onlara necə böyük mənəvi dayaq olduğunun sübutuna çevrilib. Modern.az həmin səmimi açıqlamaları təqdim edir.


Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova:
“Azərbaycan qəhrəmanlar yetişdirən yurddur. Bu qəhrəmanları böyüdən analar, bacılar, qadınlar hər zaman Mehriban Əliyevanın mərhəmətindən, sevgi və qayğısından güc alıblar. Mən şəhid polkovnik Raquf Orucovun həyat yoldaşı olaraq deyə bilərəm ki, ilk gündən Mehriban xanımın diqqətini hiss etmişik. O, şəhid övladlarının, xanımlarının və ailələrinin üzləşdiyi sosial, səhiyyə və təhsil problemlərinə həmişə həssas yanaşıb, hər birinin uğuruna bizimlə birgə sevinib, kədərinə bizimlə birgə üzülüb.

Raquf Orucov şəhid olduqdan üç gün sonra Mehriban xanımla görüşdük. O zaman mənim əlimdən tutaraq möhkəm olmağımı istədi, "sən qəhrəmana layiq yaşamalısan" dedi. Bu sözləri heç zaman unutmamışam və bu gün də onun göstərdiyi yolla irəliləməyə çalışıram. Mehriban xanım bizə əmanət qalan şəhidlərin ailəsinə sahib çıxmaqda hər zaman yanımızda olub. Doğum günü münasibətilə bütün şəhid ailələri adından Mehriban xanımı təbrik edir, ona uzun ömür və möhkəm can sağlığı arzulayıram”.
Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun həyat yoldaşı Könül Əliyeva:
“Xeyirxah əməlləri və humanistliyi ilə tariximizdə dərin izlər qoyan Mehriban xanımı doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı və şərəfli ömür yolunda uğurlar arzulayıram. Mən şəhid polkovnik, Milli Qəhrəman Şükür Həmidovun xanımı olaraq bizə gostərdiyi diqqət və qayğıya görə Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm”.

Şəhid polkovnik-leytenantı Əkrəm Şadmanovun həyat yoldaşı Gülşən Rəhimova:
"21 dekabr 2023-cü ildə Əkrəmin şəhid olmağından 3 ay keçmişdi. YAŞAT Fondu bizi Xankəndi stadionunda "Qarabağ"ın oyununu izləməyə dəvət etmişdi. Araz və mən birlikdə Xankəndiyə getdik. Prezident və xanımı da şəhid övladları ilə birlikdə stadionda əyləşmişdi. Mehriban xanım da, Prezident İlham Əliyev də uşaqları əzizləyir, onları öpüb-qucaqlayır, qayğılarına qalırdılar. Hava soyuq idi, Mehriban xanım uşaqlarn üst geyimlərini istədi, onların üşüməsindən narahat olurdu. Saatlarla uşaqlarla söhbət etdilər, qucaqladılar, baxırdılar ki, hansı uşaqlar səssizdir, özləri onlara yaxınlaşıb danışıdırırdılar. Bizim üçün təəccüblü idi, bir ölkənin Prezidenti, birinci xanımı uşaqlara necə qayğı və sevgi ilə yaxınlaşırdı. Fasilədə uşaqlardan biri ac olduğunu deyəndə Mehriban xanım öz əllərilə uşaqlara şirniyyat payladı, şirniyyatların içindən çıxan oyuncaqları isə özü düzəldib uşaqlara təqdim edirdi. Oyundan sonra isə bütün şəhid ailələri, qazilərlə görüşüb söhbət etdilər. Hər kəsin fikrini dinləyirdilər, müraciətlərini qeydə alırdılar. İnsanlar birinci xanımın da, Prezidentin də qayğısını, sevgisini görüb ilhamlanırdılar. Mən həmin gün hiss etdim ki, Əkrəmdən ayrılsaq da, dövlətimizin sevgisi hər zaman üzərimizdə olacaq. Hər il Mehriban xanım doğum günündə şəhid övladları üçün tədbirlər keçirir, çox vaxt da özləri iştirak edirlər. Mən də öz növbəmdə Mehriban xanımın doğum gününü təbrik edir, ona can sağlığı və uzun ömür arzu edirəm. Ürəyindəki sevgi və mərhəmət hissi hər zaman üzərimizdə olsun".

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin həyat yoldaşı:
“Mehriban Əliyeva Azərbaycanın birinci xanımı olmaqla yanaşı, tarix yazan sərkərdənin həyat yoldaşı və gözəl anadır. Mehriban xanım Prezident İlham Əliyevlə birlikdə dövlətimizin idarə olunmasında, beynəlxalq arenada onun tanınmasında, tərəqqisində, beynəlxalq imicinin yüksəldilməsində və quruculuq fəaliyyətində uğurlu addımlar atıb. Milli-mənəvi dəyərlərin qorunması, təhsilin inkişafı, tarixi abidələrin mühafizəsi, milli musiqimizin inkişafı, xeyirxah layihələrin hazırlanması Mehriban xanımın çoxtərəfli fəaliyyətinin əsas istiqamətlərindəndir. Məlumdur ki, noyabrda Zəfərimizin 5-ci ili tamam olacaq. Bu, hər bir azərbaycalı üçün böyük qürur və sevinc hissini özündə birləşdirir. Bu zəfər Ali Baş Komandanın uğurlu siyasəti, şəhidlərimizin qəhrəmanlığı, ordumuzun gücü, xalqımızın iradəsi ilə gerçəkləşib. Son illərdə Qarabağda bərpa-quruculuq işlərinin uğurla aparılması, Mehriban xanımın cənab Prezidentlə həmin bölgələrə səfərləri və orada yaşayış komplekslərinin, müxtəlif ictimai yüklü obyektlərin açılışı bizi qayıdışa daha da ilhamlandırır. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanın sosial-mədəni inkişafında, eləcə də şəhid övladları, ailələri ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsində böyük rol oynayır. Cənab Prezident və Mehriban xanımın şəhid ailələrinə göstərdiyi diqqət, qayğı və şəhid ailələrinin rifahının yüksəldilməsi sahəsində görülən işlər ən humanist addımlardan biri kimi qəbul edilir. Mən şəhid xanımı kimi bütün şəhid ailələri adından Mehriban xanıma dərin təşəkkürümü bildirir, doğum günü münasibəti ilə onu təbrik edir, fəaliyyətində uğurlar və ən əsası möhkəm can sağlığı arzu edirəm”.

Şəhid pilot, polkovnik-leytenantı Rəşad Atakişyevin həyat yoldaşı Könül Hüseynova:
“Azərbaycanın birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın ölkəmizin çiçəklənməsi yolunda misilsiz, irimiqyaslı işləri danılmazdır. Bunun arxasında sözsüz ki, onun vətənə, xalqa olan böyük sevgisi, səmimi qəlbi və yüksək insani keyfiyyətləri dayanır. Bu səmimiyyət, tükənməyən dərin duyğular bir şəhid ailəsi olaraq bizdən də yan keçməyərək həyatımızın çətin anlarına işıq saldı. Bu gün böyük sevgi ilə hörmətli Mehriban xanımı doğum günü münsibətilə təbrik edir, ona Azərbaycanın inkişafı, xalqımızın rifahı və dövlətçiliyimizin möhkəmlənməsi naminə gördüyü işlərdə böyük nailiyyətlər diləyirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Avqust 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see236

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see234

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see201

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see155

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see147

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see147

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see146

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see143

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see143

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see135

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see128

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see126

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri