Icma.az
close
up
RU
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı daha bir layihə

Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı daha bir layihə

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2025-ci il kiçik qrant müsabiqəsi çərçivəsində “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsinin qalibi olub.

İctimai Birliyin Analitik-İnformasiya Bölümündən verilən məlumatlara görə, layihə üç ay müddətində ( 01.06.2025 – 31.08.2025) gerçəkləşəcək.

İctimai Birliyin sədri, tanınmış şair, AXDG QSC-nin DND -nın gəmi kapitanı, Faiq Balabəyli layihə haqda fikirlərini bölüşüb:

“Layihənin əsas məqsədi torpaqlrımızın azadlığı uğrunda həyatlarından keçən, şəhidlik zirvəsinə yüksələn dənizçi ailələri və şərəfli döyüş yolu keçən dənizçilərimizlə ilə təmas, onların döyüş və həyat yolunu ictimaiyyətə daha yaxından təqdim etmək, xatirələrini əziz tutmaqdır.

Məlumdur ki, 2020-ci ilin sentyabr ayının 27-də başlayan və həmin ilin noyabr ayının 11-də qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi və eləcə də 1-ci Qarabağ savaşı, 2023-cü ilin sentyabr ayında 23 saatlıq lokal antiterror əməliyyatı zamanı şəhid olan döyüşçü dənizçilərin və onların ailələrinin, eləcə də müharibə iştirakçıları ilə mənəvi-psixoloji və digər istiqamətdə işlərin aparılması üçün adı çəkilən layihəni başlamağı təklif etmişik.

Məlumdur ki, Azərbaycanın ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad olnmasında çətin və şərəfli döyüş yolu keçən yüzlərlə dənizçi və dənizçi övladları var. Layihənin gedişi zamanı həmin insanlarla əlaqə saxlamaq, onlarla iş aparmaq, asudə vaxtlarının səmərəli keçirilməsi üçün təşəbbüslər həyata keçirməyi gerçəkləşdirəcəyik. 1-ci Qarabağ müharibəsi iştirakçısı olan dənizçilərimiz var ki, onların bəzilərinin məzarı sonradan işğal olunan torpaqlarımızda əsirlikdə idi. Onların dağıdılmış məzarlarını da aşkar edərək, bərpası üçün işlər görülməsi üçün əlaqədər instansiyalarala söhbətlər də təklif etdiyimiz layihənin tərkib hissəsidir ki, bu da şəhid ailələri ilə görüləcək işlərin əsasını təşkil edir.

Dənizçi şəhid ailələrinin və müharibə iştirakçılarının həm sağlamlıq, həm mədəni-mənəvi, psixoloji durumları ilə bağlı görüləcək işlər digər vətəndaşlarımızın da diqqətində olacaq.

Bu istiqamətdə görüləcək işlər tərəfimizdən ictimailəşdiriləcək. Hər bir müharibə iştirakçsı və şəhid ailəsinə dövlətin necə qayğı ilə yanaşdığı uğurla başa çatdıracağımız layihədə əyani olaraq bir daha görünəcək.

Layihə çərçivəsində ayrı-ayrı şəhid dənizçinin həyat hekayəsini öyrənmək, həyat və döyüş hekayətlərindən ibarət topladığımız və qələmə aldırdığımız matrealları kitab halında dərc etməklə onları daha geniş coğrafiyada tanıtmaqdır”.
Xatırlada ki, layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə həyata keçirilir.

Tural Balabəyli,

DSD İB-nin layihələr üzrə analatik

informasiya bölümünün rəhbərui

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 İyun 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri