Şəhid ailəsi statusu digər ailə üzvlərinə ötürülə bilər?
Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bəzi hallarda şəhid ailələrinin üzvləri mövcud sosial hüquqlarından könüllü şəkildə imtina edib, onların digər ailə üzvünə verilməsini istəyə bilər. Bəs bu mümkündürmü?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəhid və şəhid ailəsi statusu maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatətinə əsasən müvafiq orqanların verdiyi arayışla təsdiq olunur.
Belə ki, şəhid ailəsinin üzvləri aşağıdakı şəxslər hesab edilir:
- Şəhidin arvadı (əri);
- Valideynləri;
- 18 yaşına çatmamış uşaqları (əyani təhsil aldıqda 23 yaşadək);
- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları (əyani təhsil aldıqda 23 yaşadək);
- Uşaq evlərində tərbiyə olunan qardaş və bacıları (əyani təhsil aldıqda 23 yaşadək);
- Qanunla onları saxlayan şəxs yoxdursa, baba və nənələri.
Qeyd olunub ki, qanunvericilikdə şəhid ailəsi statusunun digər ailə üzvlərinə ötürülməsi nəzərdə tutulmayıb.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 08 Avqust 2025 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















