Icma.az
close
up
RU
Şəhid anası: “Səsimi eşidəndə gözündən 1 damla su axdı, biz ölüdən betərik”

Şəhid anası: “Səsimi eşidəndə gözündən 1 damla su axdı, biz ölüdən betərik”

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

İkinci Qarabağ Müharibəsi şəhidi, Xəlilov Hüseyn Rasim oğlunun valideynlərinin Lent.az-a müsahibəsi.

HAŞİYƏ

Hüseyn Xəlilov 27 mart 2002-ci ildə Sabunçu rayonunun Nardaran qəsəbəsində anadan olub. O, 2020-ci ilə qədər 295 nömrəli tam orta məktəbdə və "dülgərlik" ixtisası üzrə peşə məktəbində təhsil alıb. Hüseyn həmin il Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Müharibə başladıqda isə Vətən müharibəsində iştirak edərək Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşdu və 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı yaralandı və 25 aprel 2021-ci ildə koma vəziyyəti zamanı müalicə aldığı xəstəxanada şəhid oldu. 

Ölümündən sonra o, “Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi”.

Hüseynin anası Zəminə Zamanova deyir ki, oğlunun müharibədə olduğunu bilmirlərmiş:

“Hüseyn müharibədə olduğunu bizdən gizlədirdi. Nə vaxt soruşsaq, deyirdi məşq edirik. Soruşurdum ki, ay Hüseyn, sənin məşqin qurtarmadı? Hər gün yorğunuq, deyirdi. Elə o sözündən şübhələnirdim. 3 aydır əsgərlikdəsən indi niyə yorulursan ki? O, snayperçi idi. Bircə Füzulidə olanda dedi ki, döyüşdəyəm, qələbə çaldıq. Mən qayıdanda qurban kəsərsiniz. Buranı düşməndən təmizləmişik, Zəngilanda da, 7 erməni öldürmüşəm.

Axırıncı dəfə noyabrın 2-si danışdıq. Dedi ki, Şuşaya gedirik, oranı azad edəndə sizə zəng edib, şad xəbər verəcəm. Amma Hüseynə o xəbəri vermək nəsib olmadı, noyabrın 9-u yaralandı, 6 ay komada qaldı (ağlayır).

- Yaralanmasından nə vaxt xəbər tutdunuz?

- Atası gündə 100 adama zəng edirdi ki, müharibə bitib, amma Hüseyndən xəbər yoxdur. Qələbə günü anamgildəydim, yatmışdım. Yuxumda gördüm ki, Hüseyn yaralıdır. Üzünə baxıb, “yox, Hüseyn deyil”, deyib, oyandım. Qardaşımın yoldaşı dedi ki, Zəminə, müharibə bitdi.

Noyabrın 10-u Hüseyni rayonlardan birində əməliyyat ediblər. Başından 3 qəlpə yarası aldığı üçün səhəri gün Bakıya çatdırdılar. 12-si bizə xəbər gəldi ki, ayağından vurulub. Amma bilirdim ki, nə olur olsun, o bizə xəbər verərdi. Başından vurulmasaydı zəng edib, danışardı. Səhərə kimi yatmadım. Səhər yoldaşım getdi xəstəxanaya. Dedilər ki, Hüseynə oxşayır, amma naməlum şəxs kimi xəstəxanaya çatdırılıb. Sonra bildik ki, elə o naməlum əsgər Hüseynim imiş… Anası olduğum üçün mənə icazə verdilər. Gedib baxdım, tanıdım. Sən demə həmin vaxt can verirmiş, məni də tanımağım üçün çağırıblarmış… Həkim yaxınlaşıb dedi ki, reanimasiyada olsa da, hər şeyi eşidir. Ağır sözlər danışmayın. Mən orada Hüseynimlə danışanda gördüm ki, gözündən 1 damla su axdı yanağına…

Dekabrın 9-u iki gözünü də açdı, amma bədəni iflic olmuşdu, bircə gözünü tərpədə bilirdi. Başındakı 2 qəlpə çıxarılmamışdı. Sərt karantin dövrü olduğu üçün həftədə 2 dəfə görüşə icazə verirdilər, sonra dedilər ki, anaya bağlı uşaqdır, sizlə danışdıqca vəziyyəti daha da yaxşılaşır, hər gün gəlin.

Həftənin hər günü oradaydım, vəziyyəti düzəlmişdi. İki dəfə yeməyi çeynəyərək yemişdi. Yeni ildə “hə”, bir də xırıldaya-xırıldaya “ana”, dedi, vəssalam.  Gözümün qabağında əriyirdi, heç nə edə bilmirdim. Tək bacardığım yanına gedib yeməyini vermək idi.

Elə bilirəm ki, Hüseyn 6 ay yaşadı. 19 illik ömrü mənim yaddaşımdan silinib, ancaq xəstəxanadakı zülm çəkdiyi vaxtlarını xatırlayıram.

Axırıncı dəfə gedəndə boğazından qan gəlirdi, gözləri şişmişdi, aparata qoşulu vəziyyətdə güclə nəfəs alırdı, boğulurdu. O səsi qulağımdan getmir. Başından, ayağının altına qədər öpdüm. Dedim möhkəmsən, həmişə yanındayam, tək deyilsən.

Əsgərlikdə 6 ay üzünü görmədim, xəstəxanada 6 ay gördüm. Həmin vaxt Hüseynim yaşadı, mən isə öldüm. İnsanın övladı yanında olmayandan sonra heç nəyin mənası qalmır.

- Divardan asılan əsgər formasını görüb soruşuram, Hüseynindir?”

Zəminə ana deyir ki, geyimi Hüseyn şəhid olandan sonra alıb.

“Əsgər forması Hüseynin ən sevdiyi geyim idi. Əsgərlikdən gələn olanda Hüseyn o formayla şəkil çəkdirərdi, heyran idi. O şəhid olanda formasını cırıb çıxarmışdılar. Ona görə də, geyimi yox idi. Bunu özüm aldım ki, qoy, Hüseynin ruhu şad olsun. Ruhu görsün ki, bu evdə onun əsgər forması var. Hüseyn yaşasa idi indi 24 yaşı olmuşdu, yaşaya bilmədi…

Nigar adında sevdiyi qız vardı. Mən ona deyirdim ki, sənə qara qaş, qara göz, uzun saçlı, ağbəniz qız alacam. Bir gün toya gedəndə mənə dedi ki, ana, sevdiyim qız orada olacaq, baxarsan. İstəyirdi ki, elçi gedək. Dedim, qismətdi. Əsgərliyə get-gəl, sonra edərik. Alınmadı…

Hüseynim şəhid olanda o qız gəldi o qədər ağladı ki...

- İndi qızdan xəbəriniz var?

- 2 ildir ailə qurub.

“Deyirlər ki, ölənin arxasınca ölünmür, amma biz ölüdən betərik. İş-güc görürük, gedib-gəlirik, amma bir tərəfimiz boş qalıb. Hüseyndən sonra 3 dəfə əməliyyat olmuşam, belimdə 4 mil var”.

Söhbətə Hüseynin atası qoşulur.

Rasim bəy deyir ki, o, oğlunun müalicəsini Türkiyədə davam etdirmək istəyirmiş.

“Türk həkimlər gəlib baxdılar, amma dedilər ki, bu halda təyyarədə apara bilmərik. Aparsaq, yolda vəfat edəcək. Bir az düzəlsin, sonra aparacağıq”.

Bir dəfə oturub, televizora baxırdım. Gördüm Hüseyn gəlir. Dedi ki, “ata, mən əsgər getsəm, şəhid olub gələcəm, bil”. Dedim ki, Hüseyn, mənim xoşum gəlmir, bir də belə şey eşitməyim səndən. Keçdi o biri üzə anasına dedi eyni sözü.

Bir də baxdım ki, anası ağlayır. Dedim sənə nə oldu? Dedi, “Hüseyn gedib-gəlib deyir ki, şəhid olub gələcəm”. Çağırdım yanıma ki, bu nə sözdür danışırsan sən?

Şəhidliklə bağlı mahnılara qulaq asırdı, anası da eşidəndə ağlayırdı. Harada ağlamalı musiqi tapırdı, onu qoşurdu. Elə əsgər gedəndə də, hamıyla sağollaşıb getdi.

Özünə demişdim ki, filan heyvanın balası olub. Sən gələndə kəsəcəm. Deyirdi ki, bilmək olmaz, ata”.

Zəminə ana deyir ki, o, əsgərliyə mayın 7-si getsə də, elə bil müharibə olacağını hiss edirdi:

“Getdiyi gün mənə dedi ki, “ana, gəl şəkil çəkdirək. Bu ev məni sıxır. Elə bil heç burada yaşamamışam, hər şey üstümə gəlir, tələsirəm ki, gedim”. Getdi…

Sonra söhbət evdən düşür.

Hüseynin atası deyir ki, divarları o rəngləyib.

“Getməmişdən qabaq dedi ki, qayıdanda uşaqlar yığışacaq bura. Divarları rəngləyim, ev ağ görünsün.

Evin bir otağını onun üçün düzəltmişdim. Televizor, kondisioner qoşmuşdum ki, gələndə ürəyi istədiyi kimi dincəlsin. Qismət olmadı…

Bir şeyi Allahdan istəsən onu gec, tez sənə verəcək. Hüseyn şəhidliyi arzulayırdı”.

“Mən onun şəhidliyini qəbul etmirdim”, - deyir Zəminə ana.

“Şəhid anası sözünü qəbul etmirdim. Deyirdim ki, şəhidlər yaşayırsa, bəs haradadır? Görüm oğlumu.

Hüseynin vəfatından 1 il keçəndə İmam Rza ziyarətgahına getdim. Boynumda Hüseynin şəkli ilə yuxuladım. Yuxuda öz-özümə dedim ki, şəhidliyini qəbul edirəm. Anidən oyanıb, ağlamağa başladım. Yuxumda Hüseynimi görmüşdüm. O vaxtdan bəri başa düşdüm ki, o, şəhiddir.

Mənim ana tərəfimdə 7 şəhid var. Xalamın oğlu Elçin Quliyev 1992-ci ildə Ağdamda şəhid olub, cəmi 6 günün əsgəri idi. Hüseynim də 6 ayın… Cəbrayıl Dövlətzadə də anamın bibisi nəvəsi idi”.

Atası xatirələrdən danışır…

“Dəli-dolu uşaq idi. Bir yerdə dayanmırdı, qapıdan girib, pəncərədən çıxırdı, tuta bilmirdik. Əsgər getdiyi üçün saçını kəsdirirdi, həmin yerdə dostuyla birgə videosu var. Saçını hardan başlayıb kəsdilərsə, qəlpə də oradan başına girdi. Şəhid olandan sonra 40 gün, 40 gecə ehsan verdik. Hər həftə bir qoyun kəsdik”.

Anası deyir ki, mənim heç nə yadıma gəlmir. Xatırladığım o xəstəxanadakı 6 aydır…

“Xəstəxanada olanda videolarını çəkmişəm. Deyirlər ki, sil. Amma heç vaxt silə bilmərəm. Elə bilirəm ki, bu dəqiqə getsəm yenə orada görəcəm.

Onu heç nəylə geri qaytara bilmirdim. Ürəyim soyumurdu. Ehsan edirdim, Ramazan ayı idi. Əlimdən gəldiyi qədər yemək bişirdim, heç kimi ac yola salmırdıq. Bilirsən, qızım, nə qədər əzabkeş adamam. Kasıb ailə olmuşuq. Evlənəndən sonra 4 uşağa baxmaq üçün istixanada işləyirdim, şirniyyat, turşu, mürəbbə, cem – hər şey bişirib, satırdım. Yoldaşım tək adam idi, ona kömək etmək, uşaqların istədiklərini ala bilmək üçün əlimdən gələni edirdim. Zülmlə, zillətlə işləmişik.

Hüseyn də peşə məktəbində dülgərlik oxuyurdu, qardaşıyla işləyirdi, ev tikintisiylə, təmirlə məşğul idilər. Heç kimə ehtiyacımız yox idi. Hüseyndən danışsam, dastan yazmaq olar… 4 il 6 aydır yatmıram. Gecə yatmaq nə deməkdir bilmirəm. Səhərə qədər fikirləşirəm ki, onu necə yaşada bilərdik? Kaş belə, kaş elə…

Hüseynin getdiyi hərbi hissədəki uşaqların hamısı şəhid oldu. 25 uşaq idilər… Sentyabrın 12-si onunla görüşə getdik, icazə vermədilər. Hər şey bişirmişdim. Plov, peraşki, tort, dolma, salat, turşu – ürəyi istəyən hər şey. Dedim heç olmasa yeməyi verin, yesin, özüm görməsəm də olar. Ağlaya-ağlaya bütün yeməkləri verdim, apardılar. O yeməyi aparan oğlan da, şəhid oldu”.

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Oktyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri