Icma.az
close
up
RU
Şəhid atası: Mənim yarımçıq qoyduğum işi, oğlum tamamladı

Şəhid atası: Mənim yarımçıq qoyduğum işi, oğlum tamamladı

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Xaçmaz, 30 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Elşən Ağasıyev Vətən müharibəsində Suqovuşan uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qəhrəman döyüşçü ölümündən sonra “Laçının azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə", “Vətən uğrunda” və "İgidliyə görə" medalları ilə təltif edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağasıyev Elşən Ağabala oğlu 1999-cu il sentyabrın 22-də Xaçmaz şəhərində doğulub. Müharibə başlamazdan 5 ay əvvəl hərbi xidmətə yollanan qəhrəman əsgər düşmənlə savaşa atılan ilk döyüşçülərimizin sırasında yer alıb.

“Onunla keçən bütün günlərimizi xatırlayıram. Uşaqlıqda dəcəl, nadinc olmaqla yanaşı, həm də çox mehriban idi. Elşəni dişlərində olan problemə görə hərbi xidmətə aparmırdılar. O isə heç cür bunu qəbul edə bilmirdi. Sonradan dişlərini yondurdu və hərbi xidmətə yollandı. Sentyabrın 22-si onun doğum günüdür. Yanına gedə bilməmişdim. Zəng edib danışdıq. Ona sovqat göndərmək istəyirdim. Bildirdi ki, hərbi hissədə olmurlar, meşəlik ərazidədirlər. Deyirdi: “ana, tələsməyin daha gözəl günlər qeyd edəcəyik”. Yəqin ki, Qələbəni nəzərdə tuturdu. Mən həmin vaxt anlamamışdım. Sonuncu dəfə sentyabrın 30-da danışdıq. Bir gün əvvəl ruh yüksəkliyi ilə söhbət etmişdi. Sizə müjdəli xəbərlərim var deyirdi. Ayın 30-da isə bizimlə halallaşdı. Üç gün sonra isə şəhid oldu. Mən onunla qürur duyuram, fəxr edirəm. O, daim yaşayacaq və həmişə bizimlədir”, - deyə şəhidin anası Zəminə Ağasıyeva söyləyib.

Döyüş yoldaşlarının bildirdiyinə görə, Elşən savaşın ilk günlərində yaralansa da, ön cəbhəni tərk etməyərək, döyüşməyə davam edib.

Elşən Ağasıyev müharibə ağrı-acısından xəbərdar idi. Onun atası Ağabala Ağasıyev də Birinci Qarabağ savaşında dörd il könüllü döyüşüb. Oğlu hərbi xidmətə yollananda atasına bildirib ki, onların yarımçıq qoyduğu işləri tamamlayıb, torpaqlarımızı düşməndən azad edəcək.

“Mən özüm 1992-ci ildə könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanmışam. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə həyata keçirilən uğurlu Horadiz əməliyyatında iştirak etmişəm. Həmin vaxt biz döyüş əməliyyatları ilə Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21, Cəbrayıl rayonunun isə 1 yaşayış məntəqəsini erməni işğalçılarından azad etdik. Ümumilikdə 4 il cəbhədə olmuşam. Oğlanlarım həmişə məndən döyüş xatirələrimi soruşurdular. Elə oldu ki, vaxt gəldi çatdı və oğlum Elşən Vətən müharibəsində döyüşlərə qatıldı. Beş ayın əsgəri idi. Mənim kimi Elşən də qumbaraatan silahı ilə döyüşürdü. Həmişə çıxışlarımda qeyd edirəm ki, mənim yarımçıq qoyduğum işi, oğlum tamamladı. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə şəhidin atası Ağabala Ağasıyev söyləyib.

Elşən Ağasıyev Vətən müharibəsinin onuncu günü 21 yaşında şəhidlik zirvəsinə ucalıb. Xaçmaz şəhər qəbiristanlığında dəfn olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri