Şəhid Əli ehtiramla yad olunub
Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.
44 günlük haqq savaşımızda sinəsini Vətən sipər edib onun yolunda canından keçən qəhrəman oğullardan biri də Masallı rayonunun Tüklə kəndində boya=başa çatan Əli Seyran oğlu Nəcəfovdur. Şərəfli ölümü ilə ürəklərdə özünə yer edən bu Vətən sevdalısı həmişə ehtiramla xatırlanır, adı qürurla çəkilir. Bu günlər Əlinin
şəhadətinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İnzibati işlər sektorunun müdiri İlkin Niftullayev, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Sinan Abbaslı, ərazi nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, , ziyalılar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər.İştirakçılar şəhid Əli Nəcəfovun məzarını ziyarət edib, üstünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla anıblar.
Söhbət zamanı bidirilib ki, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi daim əziz tutulur. Həmçinin şəhid ailələri, müharibə əlilləri və iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur. Şəhidlərin xatirəsinin yaşadılması, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının davam etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 23 Oktyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















