Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Şəhid generalımızın adı əbədiləşdirilsin Adına küçə

Şəhid generalımızın adı əbədiləşdirilsin Adına küçə

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusunun 12 hərbi quluqçusu şəhid olub. Şəhidlər arasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də olub.

BAKU.WS xəbər verir ki, Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərin, xüsusən də general Həşimovun adının əbədiləşdirilməsi geniş müzakirə olunan məsələlərdəndir.

Sosial şəbəkədə gedən müzakirələrdə insanlar şəhid generalın adına küçə, prospekt və metro stansiyaların verilməsini təklif edirlər. Hələlik bu istiqamətdə qərar verilməsə də, generalın adını daşıyacaq məkanın hara olacağı maraqla gözlənilir.

BAKU.WS olaraq ölkənin ictimaiyyət nümayəndələrinə müraciət edərək şəhid generalın adının necə əbədiləşdirilməsinin məqsədəuyğun olmasını dəqiqləşdirdik. Tərəflərin münasibəti fərqli olub.

Azərbaycanın xalq artisti Afaq Bəşirqızı hesab edir ki, generalın adını əbədiləşdirmək üçün küçə, yeni açılacaq metro stansiyası, gəmilərdən birinə onun adı verilə bilər: “Mənim neçə vaxtdır, generalla bağlı ürəyimdə arzularım var. Onun adını əbədiləşdirmək üçün bu, küçə, yeni açılacaq metro stansiyası, gəmilərimizdən biri də ola bilər. Mən analardan xahiş edirəm ki, doğulan uşaqlara Tovuz şəhidlərinin adı verilsin. Sevindirici haldır ki, artıq generalımızın adı verilməyə başlayıb.

Mən çox istərdim ki, general Polad Həşimovun adına hərbi məktəb olsun. Cənab prezident qisas əmrini veribdir. İstəklərimdən biri də budur ki, hərbi maşınlardan birinin üzərinə generalın adı yazılsın. Generalın adı ilə yanaşı onunla birgə həyatını itirən polkovnik İlqar Mirzəyevin adı da əbədiləşdirilməlidir. Burada diqqətlər bərabər bölünməlidir. Bu məsələdə ailələr çox həssasdırlar. Generalımız zatən fərqlənir. Amma istəyim budur ki, sıravi əsgər və gizirindən tutmuş zabitinə kimi qayğı əskik olmasın.

Bizim müəyyən kəndlərimiz var ki, Ağdam, Əlibəyli və s. onlara da qəhrəman kənd adları verilməlidir. Çox istərdim ki, həm də bizim generalın büstü bu kəndlərin birində ucaldılsın. Açığı deyim ki, generalın adının əbədiləşdirilməsi üçün nə etsək azdır.

Deputat, tanınmış yazıçı Aqil Abbasın fikrincə, generalın adına Bakı və digər rayonlarda məktəb və ya mədəniyyət mərkəzi verilsin: "Təklif edirlər ki, metro stansiyalardan biri generalın adını daşısın. Təbii ki, şəhidlərin adı əbədiləşdirilməlidir. Amma mən generalın adının metro stansiyaya verilməsini istəməzdim. Onun adı Bakı və digər rayonlarda məktəb və ya mədəniyyət mərkəzinə verilə bilər.

Özü də təkcə general deyil, müharibədə generalla əsgərin fərqi yoxdur. Hər ikisi əsgərdir, biri sadəcə rütbəcə general ola bilər. Əgər elə fərqlər qoymağa başlasaq, onda əsgərin də könlünə dəymiş olarıq. Hər bir şəhidin adı əbədiləşməli, adına nəsə olmalıdır. Amma indi general da generaldır. General 30 ilə yetişir".

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli düşünür ki, vətənpərvərlik təbliğatının ən əsas hissəsi şəhidlərin xatirəsinin əbədiləşdirilməsidir: "Son döyüşlərdə əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Bunların içində də general Polad Həşimov özünəməxsus yer tutur. Ümumiyyətlə vətənpərvərlik təbliğatının ən əsas hissəsi şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ola bilər.

Çünki şəhidlər örnək kimi təqdim olunarsa, bu, gənclərdə vətənpərvərlik hisslərini oyadar və inkişaf etdirər. Vətənpərvərlik haqqında nəzəri mövzulardan çox bu nümunələrin təqdim olunması daha təsirli olur. Fikrimcə, son döyüşlərin xatirəsini əbədiləşdirmək üçün bütün şəhidlərimiz, o cümlədən generalımız haqqında xüsusi bir filmin hazırlanması çox təqdirəlayiq addım olar.

Sosial şəbəkələrə baxdıqda bir çox insanların general haqqında xatirələrini oxuyuruq və görürük ki, bu insan özünəməxsus həyat tərzi ilə seçilən bir şəxsiyyət olub. Onun həm döyüş bacarığı, həm şücaəti, həm də insanlığı gənclərimizə örnək ola bilər. Çünki şəhid olmaq üçün ilk növbədə şəhid adına layiq yaşamaq lazımdır. General Polad Həşimovun həyatı da bu baxımdan insanlarımıza örnək ola bilər.

Bu səbəbdən yüksək səviyyədə bir filmin hazırlanmasının tərəfdarıyam. Onun həyatının müxtəlif epizodlarını əks etdirən bədii film ola bilər".

Azərbaycanın məşhur aktyoru, xalq artisti Rasim Balayev bildirdi ki, generalın adını əbədiləşdirmək üçün film çəkilməlidir: "Bu general nəyə desən, layiqdir. Çox istərdim ki, onun haqqında film çəkilsin. Bu, onun adını əbədiləşdirmək istiqamətində gözəl addım olardı. Film insanı tanımaq üçün gözəl vasitədir. Təbii ki, onun adı küçə və prospektlərə verilməlidir, heykəli qoyulmalıdır. Bununla belə, bir kino adamı kimi mən istərdim ki, onun barəsində film çəkilsin".

Milli Məclisin deputatı Cavid Osmanov isə qeyd etdi ki, generalın adı elə bir yerdə əbədiləşdirilməlidir ki, insanların daha çox getdiyi və təbliğat xarakterli yer olsun: “Allah bütün şəhidlərimizə, vətən, müstəqillik, xalqımız uğrunda öz həyatlarını qurban verən şəhidlərimizə rəhmət eləsin. Hər biri qarşısında baş əyirik. Xalqımıza, şəhidlərimizin ailələri və yaxınlarına baş sağlığı veririk. Əlbəttə ki, cənab generalın adının əbədiləşdirilməsi ilə bağlı ümumilikdə Azərbaycan dövləti tərəfindən bir sıra tədbirlər bu günə kimi görülmüşdür və bundan sonra da görüləcək.

Düşünürəm ki, cənab generalın adını elə bir yerdə əbədiləşdirmək lazımdır ki, küçələr və digər yerlərdən fərqli olaraq insanların ora daha çox getdiyi və təbliğat xarakterli yer olsun. Bu, metrostansiya da, böyük bir meydan da ola bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:441
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Aprel 2025 01:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see378

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see370

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see364

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see339

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see334

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see255

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see243

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see237

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see236

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see230

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see227

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see223

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see213

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see210

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see210

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see204

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see197

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see178

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see173

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri