Şəhid generalın illər əvvəlki halı gündəm oldu FOTO
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Şəhid Milli Qəhrəman general-mayor Polad Həşimovun gənclik illərinə aid arxiv foto sosial şəbəkələrdə yayılıb.
“Yeni Sabah” xəbər verir ki, sözügedən şəkli onun həyat yoldaşı Ofeliya Salmanova paylaşıb. Fotoda Polad Həşimovun gənc yaşlarında hərbi formada əks olunduğu görünür. Paylaşımda şəklin onun mayor rütbəsində xidmət etdiyi dövrə aid olduğu qeyd olunur.
Yayılan kadr qısa zamanda sosial şəbəkə istifadəçiləri arasında maraqla qarşılanıb.
Qeyd edək ki, general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.
O, II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyevlə yanaşı dəfn olunub.
Xatırladaq ki, 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 20 Aprel 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















